Dünyanın ən güclü pikapı - FOTO

14-11-2020, 09:16           
Dünyanın ən güclü pikapı - FOTO
Kaliforniyada yerləşən Rezvani şirkəti Hercules 6x6 adlı üçoxlu pikapı təqdim edib. Jeep Wrangler modelinin bazasında inşa edilən pikap 6,2-metrlik kuzova və altı təkərə malikdir. 1318 at qüvvəli mühərrik ilə hərəkətə gələn Rezvani Hercules 6x6 dünyanın ən güclü pikapıdır.

Hercules 6x6 modeli, “Renqler” ofrouderinin Rezvani mühəndisləri tərəfindən gücləndirilmiş polad ramasını və kuzov karkasını miras olaraq alıb. Xarici kuzov panelləri kaliforniyalılar tərəfindən sıfırdan hazırlanıb. Pikap amerikan markasının ilk ofrouderi olan Tank modelinin üslubunda dizayna malikdir, bu da, öz növbəsində, onu ordu ofrouderlərinə bənzəməsini təmin edir.





“Bütün pikapların tanrısı” heyranedici ölçülərə malikdir: pikapın uzunluğu 6198 millimetrə, eni 2286 millimetrə, hündürlüyü isə düz iki metrə çatır. Birinci və ikinci oxlar arasındakı məsafə 3505 millimetr, ikinci ilə üçüncü arasında 991 millimetrdir. Pikapın yük platformasının uzunluğu 2438 millimetrdir.

Hercules 6x6 alıcılarına üç güc aqreqatı təklif ediləcəkdir. Baza versiyası 289 at qüvvəsi və 352 Nm fırlanma anı hasil edən 3,6-litrlik V6 mühərriki ilə təchiz ediləcəkdir. Dizel modifikasiyası 264 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli turbodizel ilə təklif olunacaqdır. Modifikasiya çeşidinin mərkəzində 507 at qüvvəli 6,4-litrlik V8 SRT mühərriki qərarlaşacaqdır. Nəhayət, pikapın top versiyası 1318 at qüvvəli 7,0-litrlik HEMI V8 turbomühərriki ilə hərəkətə gələcəkdir.

Bütün mühərriklər alternativsiz olaraq səkkiz pilləli avtomatik transmissiya ilə təchiz ediləcəkdirlər. Tam ötürmə sistemi, seçilmiş rejimdən asılı olaraq fırlanma anını iki, dörd və ya altı təkərə ötürür.

Hercules 6x6 modeli üçün artırılmış klirensi olan ofroud paketi, gücləndirilmiş amortizatorları olan Fox asqısı, səkkizporşenli R1 Concepts əyləc mexanizmləri və yolsuzluq şinləri nəzərdə tutulub. Pikapın opsiyalar siyahısında damda quraşdırılan “çilçıraq”, yığışdırılan ayaq dayaqları, müxtəlif yedək avadanlığı və partlayışa davamlı B7 sinifindən olan zireh vardır. Zirehli pikapı sirena, tüstü topu, gecə görüntü cihazı və hətta əleyhiqazlar ilə təchiz etmək olar. Salon üçün 10 tərtibat variantı mövcuddur.



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.