Kəlbəcəri tərk edən ermənilər heyvanları öldürüb, leşlərini əraziyə atırlar - VİDEO

16-11-2020, 08:32           
Kəlbəcəri tərk edən ermənilər heyvanları öldürüb, leşlərini əraziyə atırlar - VİDEO
Kəlbəcəri tərk edən ermənilər heyvanları öldürüb, leşlərini əraziyə atırlar.

Bununla bağlı görüntüləri rusiyalı jurnalistlərdən biri sosial şəbəkədə yayımlayıb.

Jurnalist bildirib ki, ermənilər at və uzunqulağı apara bilmədikləri üçün başlarını kəsib atırlar.

Qeyd edək ki, buna qədər Kəlbəcəri tərk edən ermənilərin evləri yandırması, ağacları qırması və elektrik dirəklərini çıxarması ilə bağlı görüntülər yayımlanmışdı.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya dövlət başçısı Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın birgə imzaladığı bəyanata əsasən, Kəlbəcərin Azərbaycana təhvil verilməsi noyabrın 15-də gerçəkləşməli idi. Ancaq Ermənistan tərəfi bu prosesin noyabrın 25-dək uzadılması ilə bağlı Rusiya vasitəsilə Azərbaycana müraciət edib. Azərbaycan tərəfi müraciəti qəbul edib.oxu.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru