Yaralı halda düşmənin cavabını verən Amin Musayevlə bağlı - AÇIQLAMA

16-11-2020, 11:28           
 Yaralı halda düşmənin cavabını verən Amin Musayevlə bağlı - AÇIQLAMA
Sosial şəbəkələrdə Ermənilərin əsir götürdükləri azərbaycanlı əsgərə işgəncə verməsi ilə bağlı görüntülər yayılıb. Videoda Amin Musayev adlı azərbaycanlı əsgərin yaralı halda əsir götürüldüyü, harasa aparıldığı əks olunub. Əsgərimiz dəfələrlə hara aparıldığını soruşsa da, ermənilər on söyüşlə cavab verib. Daha sonra düşmən hərbçilərindən biri A.Musayevin yarasının üzərinə basıb. Həmçinin sosial şəbəkələrdə Amin Musayevin Azərbaycana təhvil verilməsi ilə bağlı da məlumat yayılıb.

“MediaPost” sözügedən görüntülərlə bağlı Beynəlxqalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlayıb. Nümayəndəliyin ictimaiyyətlə əlaqər şöbəsinin mətbuat katibi İlahə Hüseynova məsələnin ikitərəfli müzakirə edildiyini deyib:

“Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərlə bağlı bütün məsələləri saxladığı iddia olunan tərəflə konfidensial və ikitərəfli surətdə müzakirə edir. Saxlanılanlarla bağlı bütün məlumatlar konfidensial xarakter daşıyır və ictimaiyyətə açıqlanmır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.