Rusiya sülhməramlıları Kəlbəcərə niyə aparılır?- Polkovnik fərziyələr aləmində....

17-11-2020, 16:41           
Rusiya sülhməramlıları Kəlbəcərə niyə aparılır?-
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, Rusiya sülhməramlılarının Kəlbəcər rayonu ərazisində yerləşdirilməsi nəzərdə tutulmurdu. Amma Rusiya sülhməramlılarının baş leytenantı Oleq Kovalenko deyib: “Xudavəngdə sülhməramlıların iki postu yerləşdiriləcək – biri ərazinin girişində, digəri isə monastrın özündə”.
Söhbət Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastrından gedir.
Hərbi ekspert Şair Ramaldanov mövzu ilə bağlı açıqlamasında Modern.az-a qeyd edib:
“Rusiya sülhməramlılarının ora getməsi yerləşmək sayılmır. Onlar erməni silahlı qüvvələrinin ərazidən çıxarılmasında iştirak etməlidir. Ola bilər ki, Xudavəngdə postun yerləşdirilməsi bununla əlaqəli olsun. Amma bu barədə dəqiq bir şey deyilməyib.
Rusiya sülhməramlılarının fəaliyyəti məhz Laçın dəhlizi boyu və Dağlıq Qarabağdakı təmas xəttini əhatə etməlidir, onlar adı çəkilən yerlərdə yerləşdirilməli, orada postlar qurulmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru