Başlandı: - "Ermənilər, E.ə. I əsrdə Soçidə məskunlaşıblar"
17-11-2020, 18:26

Erməni təbliğatçıları, Rusiyanın kurort şəhəri olan Soçinin "ən qədim sakinləri" kimi xüsusi hüquqa sahib olduqlarını "sübut edən" materiallar yaymağa davam edirlər.
Eurasia Diary-nin verdiyi məlumata görə, bu barədə Rusiya mətbuatı xəbər verir.
Rusiya KİV-lərinin yazdığına görə, ermənilər tərəfindən "Soçidəki Erməni İcmasının yaranma tarixi" adlı növbəti yazı yayımlanıb və bu da sosial şəbəkələrdə yenidən geniş müzakirəyə səbəb olub. Lakin məqaləyə aid şərhlərin təhlili göstərir ki, rus auditoriyası erməni icmasının “siyasi loyallığı”nı və Rusiyanın cənubu ilə bağlı real planlarını aydın görməyə başlayır.
"Erməni müəllif yazır ki, hazırda Soçidə təxminən 200 min erməni yaşayır ki, bu da ümumi əhalinin 40% -ni təşkil edir. Biz də öz növbəmizdə müəllifin rəqəmləri şişirtdiyini düşünürük", şərhlərin birində rus gradator.ru qeyd edib.
Həmişə olduğu kimi, erməni müəlliflər tarixə müraciət etməyi təklif edirlər: "Gəlin tarixə müraciət edək. Bəzi mənbələrə görə, erməni əhalisinin Krasnodar vilayəti ərazisinə ilk gəlişi eramızdan əvvəl I əsrə təsadüf edir. Bəzi tarixçilərə görə, bu, Böyük Tiqranın minlərlə erməni legionunun burada olması zamanı baş verib".
"Yəni Rusiyanın Soçi şəhəri, ermənilərin iddiasına görə "Böyük Ermənistan" ərazisində yerləşir, burada mifik "Böyük Tiqran" hökmranlıq edir və erməni təxəyyülündə yaşayan "minlərlə erməni legionları" yer alır. Belə çıxır ki, ermənilər Soçi bölgəsində hələ ERAMIZDAN ƏVVƏL 1-ci əsrdə, burada ruslardan əsər-əlamət olmadığı vaxt məskunlaşmışlar.
Xəbərdar etdiyimiz kimi, erməni təbliğatçıları şəbəkəni və müxtəlif tarixi arxivləri ermənilərin bu ərazidə ilk məskunlaşdıqlarını və bunların guya onların ata-baba yurdları olduğunu "təsdiqləyən" saxta məlumatlarla doldurmağa başlayacaqlar. Əlbəttə ki, biz ermənilərin özfəaliyyətinə gülə bilərik, amma Azərbaycandakı Qarabağ nümunəsi ciddi xəbərdarlıqdır. Ermənilərin guya burada ruslardan və digər xalqlardan daha erkən yaşadıqları iddiası, tezis kimi beyinlərdə və sənədlərdə oturmasına icazə verilərsə, bu zaman keçdikcə erməni icmasına muxtariyyət hüququnu elan etmək haqqı verəcək.
Soçidəki ermənilərin "qədimliyi" ilə bağlı məsələnin üzərindən keçib bir məqama diqqət çəkmək istəyirik: Hazırda Soçidə "Erməni Diasporu Müqəddəs Sarkis" Krasnodar Regional İctimai Təşkilatı aktiv fəaliyyət göstərir. Böyük Soçi ərazisindəki Vesyoloe, Çereşnya, Kalinovka, Qornoye Loo, Baranovka, Verxnevesyoloe, Vısokoe və s. kimi böyük kəndlərdə ermənilər əhalinin yarısından çoxunu təşkil edir", - rus nəşri yazır.