Türk qoşunları 102 il sonra Azərbaycanda – Bundan sonra kimsə rəsmi Bakını təhdid edə bilməyəcək - TƏHLİL
19-11-2020, 03:43
Məlum olduğu kimi, can Azərbaycanın müstəqilliklə bağlı sevinci qursağında qalmışdı. Çünki Azərbaycan hələ çiçəyi burnunda olan bir dövlətikən, müstəqil dövlət olaraq bütün strukturlarını faktiki qurmağa çalışdığı, özünü müdafiə etmək üçün yetərli imkan və qabiliyyətə, hazırlıqlı hərbçilərə belə malik olmadığı bir vaxtda Rusiya tərəfindən dəstəklənən Ermənistanın hücumuna məruz qalmışdı.
Rusiyanın nəzarətində olan (eyni sırada birlikdə savaşdığı) Ermənistan, türk yurdu olan Qarabağı işğal etmişdi. Minlərlə türkü şəhid edərək, on minlərlə türk övladını evindən-yurdundan qopararaq qaçqın durumuna salmışdı.
Beş belə deyil, yalnız üç ölkə (ABŞ, Rusiya və Fransa) dünyadan böyük olduğuna, zülmə məruz qalanlar da müsəlman olduğuna görə haqlının yanında deyil, (özləri kimi xristian olan) zalım Ermənistanın yanında yer alıb zülmlərinə ortaq olmuşdular. Çünki zülmə razı olmaq zülmdür.
Azərbaycan 30 il bu ağrı ilə yaşadı. Azərbaycanlılar zalımlardan boş yerə ədalət gözlədiklərini və edilməli olan yeganə şeyin öz göbəklərini özləri kəsməli olduğunu anladılar. Bu müddət ərzində Türkiyə ilə əl-ələ verərək, “İki dövlət, bir millət” olmanın tələbini yerinə yetirdilər.
Ermənistan isə bu müddət ərzində havadarlarının dəstəyinə güvəndi və böyük bir qəflət içində zülmün əbədi olacağını düşündü. Öz xalqına belə, səfalət yaşatdı. Minlərlə vətəndaşı Türkiyəyə gəlib iş və çörək dilənir.
Sorosa bağlı olan yeni erməni administrasiyası şərəfsizliklərinə bir yenisini də əlavə etmək üçün Azərbaycana hücum etdi. Ocağın qızışdığını görən Azərbaycan üçün çoxdan gözlədiyi fürsət yarandı.
Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün 40 (44 – tərc.) gün boyunca savaşdı. Bu müddət ərzində dəfələrlə atəşkəs elan olundu, lakin Ermənistan hamısını pozdu. Bu azmış kimi, kişi kimi savaşmaq yerinə, mülki əhalinin yaşadığı yerlərə raket zərbələri vurdu.
Azərbaycan işğal altındakı torpaqlarının ¼-ni qurtardığı təqdirdə, Ermənistan Rusiyanın da təşviqilə məğlubiyyətini qəbul etdiyini bildirdi. Ermənistanın işğal etdiyi torpaqlardan çıxması və onları Azərbaycana təslim etməsi şərtilə (müəyyən edilmiş təqvimə əsasən) bir anlaşma imzalandı. Ermənistan üçün məğlubiyyət, Azərbaycan üçün isə zəfər olan bu anlaşmanı üç dövlətin (Rusiya, Azərbaycan və Ermənstanın) dövlət və hökumət başçıları imzaladı.
Hələ anlaşmanın mürəkkəbi qurumamış Ermənistan öz xarakterinə uyğun hərəkət etdi və boşaltmalı olduğu Kəlbəcər rayonunu, evləri və meşələri yandırmağa başladı. Ermənistan bir tərəfdən bu biabırçılıqları etdiyi halda, digər tərəfdən də Rusiyanın vasitəçiliyilə şəhərləri boşaltmaq üçün əlavə vaxt tələb etdi (Yəqin ki, bir az da yandırıb dağıtmaq üçün istəyir).
Azərbaycan da qəbul etdi. Hər qabdan içindəki sızır, ancaq gəlin, görün ki, beynəlxalq birlik nə o alçaqlıqları, nə də bu alicənablığı görür.
Diqqət edirsinizsə, burada nizamlayıcı rolunu Rusiya və Türkiyə oynayır. Çünki hər iki ölkə sülhməramlı qüvvələrinin hərbçilərini Azərbaycanın müəyyən edəcəyi yerlərdə yerləşdirməklə bağlı anlaşdı.
Türkiyə baxımından tarix yenidən yazılır. Türk əsgəri eynilə bir əsr (102 il) öncə olduğu kimi, yenidən Azərbaycan torpaqlarına girir.
Rusiya isə tam da Ermənistanı əlindən qaçırmaqda olduğu bir anda, – beləliklə, cənub qanadından tamamilə mühasirəyə alınmış olacaqdı, – çox yaxşı bir manevrlə yenidən köhnə arxa bağçasına qovuşdu.
Bundan belə başda Ermənistan olmaqla, kimsə Azərbaycandan “Gözünün üstündə qaşın var” deyərək hesab istəməyəcək, istəyə bilməyəcək. Çünki böyük Türkiyə Cümhuriyyəti hər şeyilə azərbaycanlı türk qardaşlarının yanındadır və yanında olmağa davam edəcəkdir.
Fuad Bol
“Hürriyet”, Türkiyə, 18 noyabr 2020-ci il