Kəpək təhlükəli xəstəliyin simptomu ola bilər

19-11-2020, 05:27           
Kəpək təhlükəli xəstəliyin simptomu ola bilər
Parkinson xəstəliyinin əlamətlərindən biri də kəpəkdir.

“Report”un məlumatına görə, bu barədə “Express” nəşri Böyük Britaniyada Parkinson xəstəliyini öyrənən cəmiyyətin məlumatlarına istinadən yazıb.

Söhbət Seboreik dermatit xəstəliyindən gedir. Seboreik dermatit - baş dərisi, eləcə də bədəndə piy vəzilərinin üstün olduğu nahiyələrdə inkişaf edən iltihabi xarakterli xroniki dəri xəstəliyidir. Onun xarakterik kliniki simptomlarına dərinin qaşınması ilə müşayiət edilən iltihab və pulcuqlanma aiddir.

Eyni zamanda, alimlər hələ də Seboreik dermatitin Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrə necə təsir etdiyini açıqlaya bilməyiblər.

Qeyd edək ki, Parkinson dofaminergik niqrostriar neyronların azalması ilə assosiasiya olunan beynin neyrodegenerativ xəstəliyidir. Parkinson xəstliyi il ərzində hər 100 min nəfərdən 5-21-də rast gəlinən haldır və dünyada həmin xəstəliyə mübtəla olan təqribən 330 min nəfər var. Xəstəliyin ilk əlamətləri adətən yaşı təxminən 55 ətrafında olanlarda meydana çıxsa da, hər 10 xəstədən birində xəstəlik 40 yaşdan əvvəl baş verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru