Ermənistan öldürülən daha 28 hərbçisinin adlarını açıqladı – İtkilərin dəqiq sayı gizlədilir

20-11-2020, 19:20           
Ermənistan öldürülən daha 28 hərbçisinin adlarını açıqladı –
Ermənistan Müdafiə Nazirliyi Qarabağda öldürülən daha 28 hərbçinin adlarını açıqlayıb. Onların sırasında yüksək rütbəli zabitlər də var.

Beləliklə, Ermənistan 2 mindən artıq itkisini rəsmən açıqlayıb. Amma Azərbaycan Ordusu tərəfindən öldürülən erməni hərbçilərinin sayı bundan qat-qat artıqdır.

Məsələn, bu günlərdə müxalifət lideri Artur Vanetsyan itkilərin 5 mindən artıq olduğunu, başqa bir erməni siyasətçisi isə 5450 nəfər olduğunu deyib.

Xarici jurnalistlər isə Ermənistanın ümumi itkilərinin 10 mini aşdığını yazırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru