“Laçın dəhlizini...” - Ermənistanın Naxçıvanla bağlı təklifinə REAKSİYA

20-11-2020, 20:31           
“Laçın dəhlizini...” - Ermənistanın Naxçıvanla bağlı təklifinə REAKSİYA
Ermənistan hökuməti Mehri dəhlizinin açılmasına şərait yaradan 9-cu bəndin ləğv edilməsi üçün Rusiyaya müraciət edib.

Onlar üçtərəfli atəşkəs sazişinin 9-cu bəndində Mehri dəhlizinin açılması ilə bağlı müddəanın ləğv edilməsi müqabilində Füzuli-Şuşa avtomobil yolunun Azərbaycanın istifadəsinə verilməsini təklif edir.

Naxçıvana yol açılması isə Azərbaycanın əldə edilmiş sazişdə müstəsna uğuru hesab edilir.

Bəs, maraqlıdır, Ermənistanın bu təklifinə Rusiyanın cavabı nə olacaq? Üçtərəfli bəyanatda belə bir dəyişiklik edilməsi mümkündürmü?

Teref.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ermənilərin bu təklifinin gülünc olduğunu və heç bir halda qəbul edilməyəcəyini bildirib:

"Bu müraciətin qəbul olunmasına inanmıram. Çünki sənədə imza atanların hamısı öz öhdəliklərini yerinə yetirməlidir. Bu baxımdan ermənilərin hansısa xahişinin qəbul ediləcəyi gülməli gəlir. Üçtərəfli bəyanat patent şəkildə qəbul edilib.

Əgər ermənilərin bu təklifi nəzərə alınırsa, onda demək Laçın dəhlizini də bağlamaq lazımdır? Bu təklif çox məntiqsizdir. Ermənistan hökumətində onsuz da ağıllı adam yox idi müharibə dövründə bu lap kəskin hal alıb".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.