Ermənilər Pənahəli xanın qalası ətrafında 14 illik qazıntılarda tapılmış Azərbaycan tarixinə aid eksponatları apardı...-FOTOLAR

22-11-2020, 09:34           
Ermənilər Pənahəli xanın qalası ətrafında 14 illik qazıntılarda tapılmış Azərbaycan tarixinə aid eksponatları apardı...-FOTOLAR
Bundan sonra söz AMEA Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu və digər müvafiq dövlət və qeyri-hökumət qurumlarınındır...

Ermənistan Elmlər Akademiyası Arxeoloqiya və Etnoqrafiya institutunun əməkdaşlarının rəhbərliyi ilə 2006-cı ildən bəri Qarabağ xanı Pənahəli xanın Ağdam rayonunun 27 ildən çox, yəni 2020-ci il noyabrın 20-dək işğal altında qalmış Şahbulaq ərazisindəki qalası ətrafında aparılmış qanunsuz qazıntılar zamanı tapılmış əsas tarixi eksponatlar İrəvana daşınıb.

Moderator.az xəbər verir ki, bu haqda erməni mediasına qeyri-qanuni 14 illik arxeoloji ekspedisiyanın rəhbəri Hamlet Petrosyan məlumat verib.

Xatırladaq ki, separatçı rejim 2010-cu ildən qalanı qismən təmir etdirərək “dövlət qoruq-muzey”inə çevirib və Azərbaycanın bu qədim tarixi abidəsi hesabına xaricdən turist cəlb edərək mümkün qədər pul qazanmağa çalışıb.

Şükürlər olsun ki, Ali Baş Komandanın uğurlu siyasəti və müzəffər ordumuzun misilsiz əməliyyatları, şəhidlərimiz, qazilərimiz sayəsində Şahbulaq qalası da Azərbaycan Respublikasının nəzarətinə keçib.

Bundan sonra söz düşmənin daşıyıb apardığı və qondarma “erməni tarixi”nə uyğun saxtalaşdırdığı eksponatlar hesabına guya sözügedən məkanın “qədim erməni çarı Tiqrana məxsus “Tiqranakert” şəhəri olması” haqda dünyaya car çəkəcəkləri təbliğatla mübarizə aparmalı olan akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi Azərbaycan Milli(!) Elmlər Akademiyasının Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu və digər müvafiq dövlət və qeyri-hökumət qurumlarınındır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.