Həkimlər COVID-19 testindən keçərkən yol verilən səhvləri açıqlayıb

23-11-2020, 10:35           
Həkimlər COVID-19 testindən keçərkən yol verilən səhvləri açıqlayıb
Virusoloqlar koronavirus testinin nəticəsinin səhv çıxmaq riskini azaltmaq üçün hansı qaydalara riayət edilməli olduğunu bildiriblər.

“Report” RBK-ya istinadən xəbər verir ki, ən yüksək kateqoriyalı həkim-terapevt Tatyana Romaşenko testdən əvvəl qida qəbul etməməyin və ağızı antiseptik məhlulla yaxalamamağın zəruri olduğunu vurğulayıb.

Rusiya Xalqlar Dostluğu Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Qalina Kojevnikova isə xəstənin başqa addımlarının da COVID-19 testinin nəticəsinin yanlış olmasına təsir edə biləcəyini açıqlayıb.

“Üç saat ərzində insan nə içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır”, - virusoloq xəbərdar edib.

Biologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin professoru Aleksey Aranovski qeyd edib ki, nümunələrin hazırlanma keyfiyyətinin özü də test nəticələrinə təsir edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru