Hadrutun neçə kəndi Ordumuzun nəzarətindədir?

23-11-2020, 11:40           
Hadrutun neçə kəndi Ordumuzun nəzarətindədir?
Keçmiş Hadrut rayonunun yalnız iki kəndi hazırda ermənilərin nəzarətindədir.

Teref.az axar.az-a istinadən xəbər verir ki. bu sözləri özünü “Hadrut rayonunun icra başçısı” olduğunu zənn edən separatçı Kamo Petrosyan deyib.

Petrosyan bildirib ki, iki kəndi (ermənilər bu kəndləri “Xtsaberd” və “İn Taxer” adlandırır) “əllərində saxlamağa” nail olublar, qəsəbənin özü və 45 kənd isə Azərbaycan Ordusunun nəzarətindədir.

Qeyd edək ki, Hadrut rayonu 1991-ci ildə ləğv edilib və onun 48 yaşayış məntəqəsi Xocavəndə verilib. Xocavənd rayonunun hazırda 1 şəhəri, iki qəsəbəsi (Hadrut və Böyük Bazar) və 81 kəndi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru