Koronavirusun ən ucuz dərmanı TAPILDI
24-11-2020, 03:12
Covid-19-a tutulan xəstələrin həyatını qurtaran dərman xeyli ucuzdur. Dərman, tənəffüs cihazına bağlı xəstələrin ölüm riskini üçdə bir nisbətində azaldır.
Teref.az BBC-yə istinadən məlumatına görə xeyli ucuz olan və asan tapılan Deksametazon (Dexamethasone) adlı dərman, Covid-19-u ağır şəkildə keçirən xəstələrin müalicəsində istifadə edilib.
Mütəxəssislər, dərmanın bir cığır açacağını və aşağı dozalı steroid müalicəsinin ölümcül Covid-19 virusuyla mübarizədə əhəmiyyətli bir rol oynaya biləcəyini ifadə edib.
Dərman, tənəffüs cihazına bağlı olan xəstələrin ölüm nisbətini üçdə bir nisbətində azaldır. Oksigen verilməsi halında isə, bu nisbət beşdə birə çıxır.
Məlumatlara görə, koronavirusun yoluxan hər 20 xəstənin 19-u xəstəxanaya gəlmədən yaxşılaşır. Xəstəxanaya qaldırılan xəstələrin böyük əksəriyyəti də sağlamlığına qovuşur.
Ancaq bəzilərinin oksigen və ya tənəffüs cihazına ehtiyacı olur. Bunlar deksametazonun köməkçi olduğu görülən yüksək riskli xəstələrdir.
Dərman zatən bu günə qədər bir sıra başqa xəstəlik səbəbiylə yaranan iltihabı azaltmaq üçün istifadə edilir.
Dərman Oxford Universiteti tərəfindən xəstəxanada müalicə görən 2 min xəstədə sınanıb.
Oxford Universitetindən elm insanları, təxminən 2 min xəstəyə deksametazon verib və nəticələri dərmanı götürməyən 4 mindən çox xəstə ilə müqayisə edilib.
Dərmanı istifadə edildikdən sonra ventilatör istifadə edən xəstələr üçün ölüm riskinin yüzdə 40-dan yüzdə 28-ə düşdüyü müşahidə edilib. Oksigenə ehtiyac duyan xəstələr üçün ölüm riski yüzdə 25-dən yüzdə 20-ə düşüb.
Araşdırmanın rəhbəri Prof. Dr. Peter Horby deyib ki, bu dərman indiyə qədər ölüm nisbətini aşağı salan tək dərman olma xüsusiyyətini özündə daşıyır. Bu böyük bir uğurdur.
Araşdırmaçı Prof. Martın Landray, tapıntıların, tənəffüs cihazına ehtiyac duyan hər səkkiz xəstə üçün bir həyat qurtara biləcəyini ifadə edib.
Oksigen müalicəsi tətbiq olunan xəstələrdə isə, deksametazon ilə müalicə edilən hər 20-25 adamdan ən az birinin qurtarılacağı qeyd edilib.
“Ortada dəqiq bir fayda var. Deksametazon müalicəsi 10 günə qədər sürürür və xəstə başına təxminən 5 sterlinqə başa gəlir.
Buna görə həyat qurtarmaq üçün ortalama 35 sterlinq çatır. Bu, dünya səviyyəsində mövcud bir dərmandır.”
Prof Landray, xəstəxanaların xəstələrinə gecikmədən bu dərmanı vermələrini söyləyib.
İngiltərə səhiyyə naziri Matt Hancock, bu gündən etibarən Covid-19 xəstələrinə Deksametazon verilməyə başlanacağını və əllərində 200 min ədəd bu dərmandan olduğunu bildirib./Sfera.az