Rəşid Mahmudov DTX-ya müraciət etdi

24-11-2020, 07:18           
Rəşid Mahmudov DTX-ya müraciət etdi
Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış həkim Rəşid Mahmudov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, müraciət sosial şəbəkələrdə R.Mahmudovun adından müəyyən xoşagəlməz, saxta fikirlərin tirajlanması ilə əlaqədardır. Rəşid Mahmudov müraciətində deyir:

"Adımdan yayılan saxta xəbərlərin araşdırılması və cəzalandırılması haqqında göstəriş verməyinizi xahiş edirəm! Məlumunuz olsun ki, mən sosial şəbəkədən istifadə edə bilmirəm. Yəni status yazmaq, o cümlədən də video yükləmək, foto yerləşdirmək və s. bilmirəm! Yalnız TV kanallarına verdiyim müsahibələrdə səsləndirdiyim fikirlərə inanın!

82 yaşındayam, yetərincə yetirmələrim var. Yaşımın bu çağında mənim adımdan saxta bəyanatlar yayanları özümə təhqir hesab edirəm! Bir daha xahiş edirəm, saxtakarları ifşa edib, cəzalandırasınız!".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru