Britaniyalı arxeoloq İsa peyğəmbərin yaşadığı evi aşkar etdiyini bildirib - FOTO

25-11-2020, 10:03           
Britaniyalı arxeoloq İsa peyğəmbərin yaşadığı evi aşkar etdiyini bildirib - FOTO
Böyük Britaniyadan olan arxeoloq, Redinq Universitetinin arxeologiya və tarix elmləri üzrə professoru Ken Dark Nazaret şəhərində İsa peyğəmbərin yaşadığı evi aşkar etdiyini açıqlayıb.

Xəbəri “The Sun” nəşri yayıb.

Arxeoloq Nazaretdə təxminən 14 ildir qazıntı işləri aparıb. O iddia edir ki, Nazaret monastırının altındakı xarabalıq məhz İsa peyğəmbərin yaşadığı evdir.

K. Dark bildirib ki, ev əhəngdaşı ilə oyulmuş mağaranın bir hissəsindən ibarətdir. Onun bir çox elementi bu günə qədər gəlib çatıb.

“Geniş araşdırmalardan sonra məlum oldu ki, bu evi tikən şəxs daş emalını çox yaxşı mənimsəyib”, - deyə arxeoloq qeyd edib.

Alim əlavə edib ki, I və V əsrlərdə İsa peyğəmbərin evinin yaxınlığında iki kilsə tikilib, bu isə sözügedən məkanın müqəddəs sayılması ilə əlaqədardır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru