Kəlbəcəri tərk edən sonuncu ermənilər - Əllərinə nə keçir Ermənistana aparırlar - VİDEO
25-11-2020, 10:05
Kəlbəcər rayonunu tərk etməyə hazırlaşan erməni sakinlər tikilələri sökürlər, ağacları kəsirlər, dəmir və taxta dirəkləri maşınlara yükləyirlər, ərazidə iri ölçülü borular daşıyan yük maşını da görünür.
BAKU.WS "BBC News Azərbaycanca"ya istinadla xəbər verir ki, od vurulmuş evlərin üzərindən tüstü qalxır.
Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Rayon 27 il sonra, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı atəşkəs bəyanatına görə noyabrın 15-də Azərbaycana qaytarmalı idi.
Lakin Ermənistan rayondan çıxmaq üçün daha 10 gün vaxt istəmişdi və noyabrın 25-i rayon təhvil verilir.