23 yaşlı tələbə Nigar niyə intihar etdi? — ŞOK GİZLİNLƏR
10-02-2016, 01:09
Bütün gündəmi zəbt edən 23 yaşlı tələbə qızın intiharı ilə bağlı tükürpərdici iddialar ortaya çıxıb. Belə ki, Vahabovlar ailəsinə yaxın olan və adının çəkilməsini istəməyən şəxsin Ölkə.az saytına verdiyi məlumatda Nigar Vahabovanın ölümünün pərdəarxasındakı sirləri açıqlığa qovuşur.
Həmin şəxsin dediklərinə əsasən, Nigarın intihar etməsinə səbəb onun Həsən (ad şərtidir) adlı sevgilisidir. Nigarla oğlanın 3 illik münasibəti olub. Daha sonra mərhum Nigar Vahabova sevgilisinin evli olduğunu öyrənib və ondan ayrılmaq qərarına gəlib.
Həsən (ad şərtidir) isə ayrılığa razı olmayaraq Nigara müxtəlif yollarla təzyiqlər göstərib. Nigarı onda olan uyğunsuz fotoları ilə şantaj edib. Bütün bunlara dözməyən gənc qız çıxış yolunu intiharda görüb.
Mənbənin daha bir iddiasına görə, Nigarın meyitini ipdən asılı vəziyyətdə ilk tapan da elə həmin oğlan olub. Onun meyidini ipdən açaraq yatağa uzatdıqdan sonra təlaşla hadisə yerindən qaçıb.
Həmin şəxsin Yasamal polisi tərəfindən həbs olunduğu bildirilir.
"Bacım ya həddindən artıq cəsarətli olub ki, belə bir şeyə cəsarət edib, ya da o qədər zəif olub ki, ona deyilən hansısa söz incidib, qəlbini qırıb”.
Bu ifadfələri isə ötən gün canına qəsd edən 23 yaşlı Nigar Vahabovanın bacısı, İctimai televiziyada redaktor işləyən A.Vahabova bacısının ölümü ilə bağlı atv.az-a açıqlamasında deyib.
"Saytlar bacımın ölümü ilə bağlı müxtəlif səbəblər yazırlar, hamısı səhv, yalan məlumatlardır. Bacım sadəcə getmək istədi, getdi, səbəbsiz. Heç nə demədi. Bütün günü əlaqəmiz olub, mənə yazırdı, gülürdük, danışırdıq. Hər şey yaxşı idi, bir anın içində oldu.
Deyirlər guya maddi problemi olub. Onun necə maddi problemi ola bilər? Özünə maşın almaq üçün behini vermişdi, 3 gün əvvəl universitetin təhsil haqqını ödəmişdi, qiyabi oxuyurdu. Bizim ailəmiz elə ailədir ki, heç vaxt söz-söhbət olmur. Hamımız digərimiz üçün canımızı verməyə hazırıq. Sadəcə onun da alın yazısı bu qədər imiş. Həyatında heç kim yox idi, yəni sevgilisi, danışdığı. Sadəcə karyera qurmağı düşünürdü”.
Aytac Vahabova deyir ki, bacısı bir müddət "İki sahil” qəzetinin korrektoru kimi çalışıb: "Bir neçə ay əvvələ qədər orada çalışıb. Sonra xarici şirkətdə işləyirdi. Bacım ya həddindən artıq cəsarətli olub ki, belə bir şeyə cəsarət edib, ya da o qədər zəif olub ki, ona deyilən hansısa söz incidib, qəlbini qırıb. Çox kövrək idi Nigar. Kimsə kiminsə xətrinə dəyəndə o qədər həssas idi ki, ağlayırdı. Çox qorxurdu hər zaman davadan, söz-söhbətdən bəlkə də bu səbəb oldu. Amma həmişə yanımızda idi, heç kimlə problem olmamışdı.
Dünən bütün günü biz danışmışıq. Son olaraq 2-3 saat ərzində əlaqə itdi. Həmişə telefonu kənara atırdı, sonra gəlib görürdü ki, kimsə zəng vurub. Ona görə əvvəl fikirləşdim ki, yəqin zəngimi görmür. Düşündüm ki, həmin müddətdə ingilis dilinə gedirdi deyə onun dərsləri ilə məşğuldu. Sonra xəbər çıxmadıqca narahat olduq, evə gəldik. Biz evə gələndə artıq gec idi. Yanında heç kim olmayıb. Hamımız işdə olmuşuq, qardaşım da orta məktəbdə oxuyur deyə dərsdə olub. İki bacı, bir qardaş idik.
Heç birimiz onun ölümü ilə bağlı bir şey düşünə bilmirik. İndi sanki onun yenidən diriləcəyinə inanırıq. Elə bilirik yenə yanımıza gələcək. Yanımızda olmadığını dərk edə bilmirik deyə, hansı səbəbdən canına qəsd etdiyinin səbəbini də düşünə bilmirik”.
Qeyd edək ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Nigar Tahir qızı Vahabova yaşadığı evin yataq otağında özünü asaraq intihar edib. O, Kooperasiya Universitetinin maliyyə fakültəsinin qiyabi şöbəsinin dördüncü kursunda oxuyurdu.
Qeyd edək ki, Nigar Vahabova dünən Bakıda 23 yaşlı qız yaşadığı evdə özünü asaraq intihar edib. Hadisə fevralın 8-i saat 19 radələrində Yeni Yasamal 2, bina 5 ünvanında qeydə alınıb. N.Vahabova Koorperasiya Universitetinin 3-cü kurs tələbəsi olub.