Ermənilər şokda: Türk hərbçiləri Ermənistana girib...

1-03-2021, 06:29           
Ermənilər şokda:
Sosial şəbəkələrin erməni seqmentində yayılan növbəti xəbər düşmən ölkədə yenə də böyük xof yaradıb.

KONKRET.az xəbər verir ki, “Livenyus.am” teleqram kanalı guya Türkiyə xüsusi təyinatlarının 13 nəfərdən ibarət qrupunun Gürcüstan ərazisindən Ermənistana daxil olduğunu bildirib. İddia edilib ki, qrupa 3-cü səhra ordusunun əməliyyat şöbəsi, hərbi kəşfiyyat, planlaşdırma və kəşfiyyat koordinasiya şöbəsinin nümayəndələri daxildir. Guya türk komandoslar Ermənistanın Baş Qərargah rəisi və orduda xüsusi rol oynayan generalları zərərsizləşdirəcək.

Yayılan məlumatlarla bağlı artıq Ermənista Milli Təhlükəsizlik Şurası açıqlama verərək, sözügedən iddiaların yalan olduğunu deyib:

“Türkiyə xüsusi təyinatlarının Ermənistana gəlməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bunu təkzib edərək həmvətənlərimizi dezinformasiyaya uymamağa, sayıq olmağa və yoxlanılmamış məlumatlardan uzaq durmağa səsləyirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru