"Novavax" peyvəndi sınaqların üçüncü fazasında 96,4 faiz effektivlik göstərib

12-03-2021, 08:18           
"Novavax" peyvəndi sınaqların üçüncü fazasında 96,4 faiz effektivlik göstərib
ABŞ-ın "Novavax" şirkətinin koronavirusa qarşı istehsal etdiyi peyvənd Böyük Britaniyada keçirilən sınaqların üçüncü fazasında 96,4 faiz effektivlik göstərib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Novavax" şirkətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Novavax" <...> bu gün elan edib ki, COVID-19-un ilk variantının səbəb olduğu yüngül, orta və ağır xəstəliklərə qarşı şirkətin peyvəndinin yekun effektivliyi Böyük Britaniyada keçirilən sınaqların üçüncü fazasında 96,4 faiz təşkil edib".

Qeyd edilir ki, sınaqlarda 18-84 yaş arası 15 mindən artıq insan iştirak edib. Onlardan 27 faizinin yaşı 65-dən yuxarı olub. Peyvəndin koronavirusun Böyük Britaniyada aşkarlanan ştammına qarşı effektibliyi 86,3 faiz təşkil edib.

Sınaqların aralıq mərhələsi CAR-da keçirilib. Bu sınaqlarda təxminən 3 min nəfər iştirak edib, peyvəndin "CAR" ştammına qarşı effektivliyi 55,4 faiz olub.

Vurğulanıb ki, hər iki ölkədə peyvənd 100 faiz effektivliklə xəstəliyin ağır forması və ölüm hallarının qarşısını alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru