Varlı və kasıb arasındakı fərq: Uğurlu insanların dünyagörüşü necədir?
25-03-2021, 09:14
Milyoneri yalnız bankda saxladığı puldan tanımaq olmaz.
Onun tamamilə unikal düşüncə tərzi var. Ətrafındakı daha kasıb insanlardan fərqlənir.
Bu fikir milyoner Stiv Sibolda aiddir. Bir neçə il ərzində uğurlu biznesmenlərin necə düşündüyü və hərəkət etdiyi barədə məlumat toplayıb.
Nəticədə "Varlı insanlar necə düşünür" bestselleri ərsəyə gəlib. Bu məqalədə həmin kitabın əsas fikirlərinə yer verilir.
Varlılar əmidnirlər ki:
1.Pul üstünlük yox, haqqdır
Kapitalist ölkələrdə hər kəsin varlı olmaq hüququ var. Ətrafdakılarına xeyir verə biləcək bir şey ortaya qoyan hər bir insan buna nail ola bilər. Məhz buna görə, kimsə hərəkət edir, kimisə uğuru gözləməklə məşğul olur.
2. Yalnız şəxsi biznes hesabına həqiqətən varlanmaq olar
Əlbəttə ki, hər hansısa bir işə başlamaq böyük riksdir. Lakin adi işdə elədir. O, biznesdən daha təhlükəsiz deyil. Çünki özü üçün işləyən zəruri halda əlavə gəlir mənbəyini daha rahat tapa bilər. Bu isə işgüzar və ambisiyalı insanlar üçün vacib xüsusiyyətdir. Məhz belə insanlar risk etməkdən qorxmur və uğurlu işə start verir.
Başqaları, sabit, lakin o qədər çox olmayan maaş alarkən, belələri milyonlar yığır. Kitab müəllifinin fikrincə ömrünün sonunadək vəsait çatışmamazlığından əziyyət çəkməkdənsə risk etmək daha yaxşıdır.
3. Fərasətsiz uğur qazanmaq olmaz
Siboldun fikrincə dərsdə alınan yüksək qiymətlər fərasət qədər mühüm deyil. Bir çoxu düşünür ki, yaxşı oxumaq vacibdir. Lakin əla qiymətlər varlanmağa kömək edə bilsə idi bütün əlaçılar milyarder olardı. Əsas məsələ sənin biliyin deyil, onları necə idarə etdiyindir. Sağlam düşüncə, qeyri-adi yanaşma, zirəklik, uğrulu təhsildən daha səmərəlidir.
4. Biznes komanda işidir
Bəzən elə təəsürat yaranır ki, bütün multimilyarder korporasiyaların uğuru bir nəfərin əməyidir. Lakin yalnız anadangəlmə biznesmenlər anlayır ki, bu həmişə komanda işinin nəticəsi olur. Stiv Siboldun fikrincə varlanmaq üçün ətrafdakı insanları düzgün seçmək lazımdır. Onların içində ən dəlisov ideyaları belə həyata keçirə biləcək istedadlı insanlar olmalıdır.
5. Pul qazanmaq asandır
"Kasıb" düşüncyə malik insanlar hesab edirlər ki, hər qəpik gərək əziyyətlə qazanılmalıdır. Onların fikrincə varlılar digərləri ilə müqayisədə daha təhsilli, ağıllı, və ən əsası, bəxtəvər insanlardır. Lakin onların heç bir sirri yoxdur. Var-dövlət qazana bilmiş insanlar sadəcə özlərini məhdudlaşdırıcı fikirlərdən xilas ediblər. Onlar ərsəyə ideya gətirib, problemləri həll ediblər. Həll yaxşı olduqca səmərə gətiridi. Bu qədər.
6. Yaradıcı tərzdə düşünmək lazımdır
Yalnız əziyyətli, keşməkeşli əməyin varlanmağa apardıını düşünənlər yanılılırlar. Çünki bu sahədə xətti yanaşma (çox işləyirsən, çox qazanırsan) işləmir. Əsas odur ki, adi problemin qeyri-xətti, gözlənilməz həllini tapasan, öz yaradıcı yanaşmanı tətbiq edəsən. Bunun üçün də yaradıcı düşüncəni inkişaf etdirmək lazımdır.
7. Pul azadlıq verir
Belə bir düşüncə var ki, var-dövlət insanı məhdudlaşdırır. Lakin, əksinə, bu ucsuz-bucaqsız imkanlar mənbəsidir. Qayda olaraq, insan pula nə qədər çox nifrət edirsə, onu vacib saymırsa, o qədər az qazanır. Pulun dəyərini bilən isə onu azadlığı genişləndirmək üçün bir sərvət kimi alqılayır və var-dövlətini çoxaltmağa çalışır.
8. Pul üçün işləmək olmaz
Yalnız pul üçün işləmək çox pis strategiyadır. Əsas olan özünüifadədir. Ən çox maaşı olan yox, ən perspektivli işi axtarmaq lazımdır.day.az