Tarixdə bu gün....

25-03-2021, 10:41           
Tarixdə bu gün....
25 mart 1455-ci il...
Bütün İtaliya dövlətləri 25 il müddətinə saziş bağlayaraq türklərə qarşı mübarizə aparacaqlarına söz verirlər.

25 mart 1918-ci il...
“Nikolay Bunyatov” gəmisinin komandirinin köməkçisi Kazım Axundov tabeliyində olan matroslarla və bir gün əvvəl Bakının Çəmbərəkənd hissəsinin mühafizəsi məqsədilə ona verilən digər 10 nəfər silahlı matrosla Nikolayev küçəsindən başlayaraq müsəlman meyitlərinin yığışdırılması əməliyyatına başlayırlar.
Müsəlman meyitlərin arasında süngülərlə bədəni didik-didik edilmiş və qılıncla tikə-tikə doğranmış 3 müsəlman gimnaziyaçısının, 11 gimnaziyaçı qızın, 1 rus qadının, 4 yaşında 3 müsəlman uşağının, 8 rus kişinin, 19 İran təbəəli müsəlman qadınının, 67 azərbaycanlı meyitləri vardı.
Bundan başqa “Vulkan” cəmiyyətinin köhnə yanalma körpüsünə müsəlman kişilərin, qadın və uşaqların meyitləri (ümumilikdə 6 748 cəsəd) gətirilmişdi.
K.Axundov öz tanışı, texnik Sokolovu “Kərpicxana” deyilən yerə aparır. Burada o 3 fotoşəkil çəkir. Birinci şəkildə başında güllə yarası, bədənində isə 5 süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilmiş qadın meyiti təsvir olunur. Onun sağ döşü üstündə hlə sağ olan körpə uzanıb. Anasının döşünü əmən bu körpənin ayağında süngü yarası vardır.
İkinci şəkildə iri mismarla divara vurulmuş iki yaşlı uşaq təsvir edilib. Mismarın başından aydın görünür ki, onu divara daşla vurublar.
Üçüncü şəkildə alçaq erməni “kişiləri” tərəfindən zorlanmış 13 yaşlı biçarə müsəlman qızının meyiti görünür. Axundovla Sokolov bir evdə dəhşətli mənzərənin şahidi olurlar: otağın döşəməsi üstündə 22-23 yaşlı qadının, iki qarının, 9 yaşlı qızın, 8 yaşlı oğlanın və südəmər körpənin meyitləri vardı. Körpənin əl-ayağını itlər gəmirib yemişlər. Təsvir olunan bu mənzərə Sokolova elə ağır təsir edir ki, o, daha fotoşəkil çəkə bilmir.

25 mart 1918-ci il...
Urmiyada 1000-dən artıq müsəlman –arvad, uşaq, körpə, qoca ermənilər tərəfindən qətlə yetirilirlər.

25 mart 1920-ci il...
Erməni “daşnaksütyun” yəşkilatının yaraqlı quldur dəstələri Cəbrayın və Ağdam şəhərlərinə və onlara qonşu kəndlərə qəflətən basqın edərək dinc əhaliyə qarşı qətliamlar törədirlər. Xıdırlı, Davalı, Dankeyrə və onlarla digər Qarabağ kəndləri yandırılır. Dinc əhali arasında çoxlu sayda tələfat olur. Sağ qalanlar qonşu kəndlərə qaçırlar.

25 mart 1938-ci il...
Azərbaycan SSR XDİK DT baş mayoru Rzayevin əmri ilə tərkibində azərbaycanlılar da olan 318 nəfər güllələnir.

25 mart 1988-ci il...
Ermənistanın Ararat rayonunun azərbaycanlılar yaşayan kəndlərində 100-dən çox ev ermənilər tərəfindən talan edilərək yandırılır, onların əhalisi dədə-baba torpaqlarından qovulur. Beləliklə. Azərbaycanlılara qarşı tarixən dəfələrlə təkrar olunan erməni vəhşilikləri , soyqırımları yenidən başlayır...

25 mart 1988-ci il...
Vedibasarda el ağsaqqalı Seyid Ağabala ermənilər tərəfindən qətlə yetirilir.

25 mart 1992-ci il...
Ağdamla Əsgəran arasındakı post ermənilər tərəfindən dağıdılır, düşmən əks-hücumla geri oturdulur. Şelli, Qalayçılar, Əhmədavar, Çuxurməhlə, Abdal-Gülablı kəndləri atəşə tutulur. İtkilər və dağıntılar baş verir.

25 mart 1992-ci il...
Erməni quldur birləşmələri Tərtər, Goranboy, Zəngilan və Qubadlı rayonlarının kəndlərini müxtəlif silahlardan atəşə tuturlar. Dinc əhali arasında çox sayda ölənlər olur.

25 mart 2010-cu il...
27 nəfərdən ibarət konqresmenlər qrupu Frenk Pallone başda olmaqla Nümayəndələr Palatasına məktub göndərərək, 2011-ci ildə Dağlıq Qarabağa və Ermənistana maliyyə yardımının artırılmasını xahiş edirlər.
Cəmil Məmmədli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.