Uşaqlar arasında yeni infeksiya – Daha 6 uşaq xəstəxanaya yerləşdirildi

26-03-2021, 00:20           
Uşaqlar arasında yeni infeksiya –
Rusiyanın Volqoqrad şəhərində 6 uşaq naməlum xəstəliklə xəstəxanaya yerləşdirilib.

Sfera.az xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məlumat verib. Həkimlərin ilkin diaqnozuna görə uşaqlar dəqiq olmayan etiologiyalı bir virus infeksiyasına yoluxublar. Onların laboratoriya testlərinin nəticələrindən sonra dəqiq diaqnoz barədə məlumat veriləcəyi bildirilib.

Xəstəxanaya yerləşdirilən uşaqlar 3 yaşdan 11 yaşa qədərdir. Azyaşlı 3 nəfər Volqoqraddakı regional xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə, daha üç nəfər isə şəhər xəstəxanasına yerləşdirilib.

Bölgə rəhbərliyinin ixtisaslaşmış komitələrindən mütəxəssislər uşaqların yaşadığı əraziyə təhkim olunublar. Onlar sanitariya və epidemioloji araşdırmalara başlayıblar.

Bundan əlavə, Volqoqraddakı uşaq bağçalarından birində yoluxucu xəstəlik baş verib. Orada infeksiya 6 uşaqda və 2 tərbiyəçidə aşkar edilib.

Bundan əvvəl Saxalinin Şahtersk şəhərində bağçalardan birində infeksion bağırsaq xəstəlikləri ilə yoluxma halı aşkarlanmışdı. Məktəbəqədər tərbiyə müəssisəsinin 7 nəfəri xəstəxanaya yerləşdirilib, qalanları ambulator nəzarətdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.