Tibbi sığortası olan şəxs müayinə üçün pul ödəyəcəkmi?

5-04-2021, 00:15           
Tibbi sığortası olan şəxs müayinə üçün pul ödəyəcəkmi?
Aynurə Əhmədova: “Əgər pasiyent müraciət qaydasını pozarsa...”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bir il müddətində, yəni 2022-ci il yanvarın 1-dək müştərək maliyyələşmə məbləğinin yığılmasını dayandırmağı düşünür. AYNA xəbər verir ki, bunu “ARB24”-ə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib.

“Koronavirusla mübarizə çərçivəsində bəzi xəstəxanalar fəaliyyətini dayandıraraq, yalnız koronavirusa yoluxmuş xəstələrə xidmət göstərir. Bu isə əhalinin xidmət almaq imkanlarını bir qədər məhdudlaşdırır. Bu səbəbdən agentlik bir il müddətində müştərək maliyyələşmə məbləğinin yığılmasını dayandırmağı düşünür. Bu o deməkdir ki, əgər pasiyent müraciət qaydasını pozarsa, yəni ailə həkiminə deyil, birbaşa ixtisas həkiminə müraciət edərsə, ödəməsi lazım olan 5 AZN məbləğindəki vəsaiti ödəməyəcək”, - deyə o bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru