Navalnının müalicəsini tələb edən həkim həbs edilib

7-04-2021, 10:26           
Navalnının müalicəsini tələb edən həkim həbs edilib
"Həkimlər alyansı" adlı müstəqil həmkarlar ittifaqının rəhbəri Anastasiya Vasilyeva, Korrupsiya ilə Mübarizə Fondunun əməkdaşı Dmitri Nizovstev, habelə CNN müxbiri Metyu Çans da daxil olmaqla, bir neçə jurnalist nəzarət altına alınıb.
Onlar Rusiyanın Vladimir vilayətinin Pokrov şəhərindəki 2 saylı həbsxana qarşısında həbs edilib.
Rusiyanın Daxili İşlər Nazirliyi ümumilikdə 9 nəfərin həbs edildiyini bildirib.
Nazirlik CNN müxbirlərinin həbsxana yaxınlığında toplaşanlar arasında olduğunu təsdiq edib.

Anastasiya Vasilyeva
Hüquq-mühafizə işçilərinin yoldan çəkilmə tələbinə cavab vermədiyi, onların xüsusi orqanların işinə mane törətdikləri və jurnalistlərin tələbələri rədd etməsindən sonra saxlandığı qeyd edilib.
Hazırda jurnalistlərin baş verənlərin arşdırılmasınadək polis bölməsində saxlandığı bildirilib.
Jurnalistlərin toplaşdığı həbsxanada müxalifət lideri Aleksey Navalnı saxlanılır. Bundan əvvəl bir neçə vərəm xəstəsi ilə birgə saxlanan Navalnı qızdırma və kəskin öskürməsi olduğunu bildirmişdi.
Pokrov cəzaçəkmə müəssisəsi qarşısına toplaşan həkimlər, Navalnının tərəfdarları, fəallar və jurnalistlər Navalnıya ixtisaslı tibbi yardım göstərilməsini tələb edib.

Navalnının həkimi olan Vasilyeva cəzaçəkmə müəassisəninin müdir müavininə Navalnıya baş çəkmə xahişi ilə yazılı müracət göndərdiyini, lakin ona rədd cavabı verildiyini bildirmişdi. Daha sonra Vasilyeva jurnalistlərə "Həkimlər alyansı"nın Navanı həkimlə təmin edilməyincə və ya o, mülki həbsxanaya köçürülməyincə hər gün bu müəssisəyə gələcəyini deyib.
Həbsxana ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Sota Vision-ın məlumatında bildirilib ki, cəzaçəkmə müəassisənin bütün girişləri bağlanıb, islah koloniyasından yanız çıxışlara məhdidyyət tətbiq edilməyib.
Navalnı 50 nəfərlik koloniyadakı 50 nəfərdən 3-nün xəstəxanaya yerləşdirildiyini deyib. Navalnıya yemək gətirən bir qadın da müəassisəyə buraxılmayıb.

Aleksey Navalnı
Navalnının vəkilləri hələ ki, bu məlumatı təsdiqləməyib.
Vəkil Olqa Mixaylova Navalnının həbs müddətinə başlamasından bəri 13 kiloqram çəki itirdiyini deyib.
Onun səhhətinin pisləşməsinə dair vəkilləri hələ martın 24-də məlumat vermişdi. Daha sonra Navalnı İnstegram səhifəsində kürəyindəki ağrılar və yuxusuzluqdan şikayətlənmiş, yataqdan qalxarkən çətinlik çəkdiyini bildirmişdi.
Navalnı yanvarın 17-də zəhərlənmə səbəbilə müalicə aldığı Almaniyadan Moskvaya qayıtdığı zman həbs edilib. O və Qərb ölkələri zəhərlənməyə görə Prezident Vladimir Putin hökumətini günahlandırıb.
Rusiya rəsmiləri insidentlə hər hansı əlaqələrinin olduğunu inkar ediblər və ona qarşı sui-qəsd cəhdini araşdırmağı rədd ediblər və bunun üçün kifayət qədər sübutun olmadığını deyiblər.
Navalnının həbsindən sonra onun minlərlə tərəfdarı Rusiya boyu küçələrə axışaraq onun dərhal sərbəst buraxılmasını tələb ediblər. Ruisya polisi də minlərlə etirazçını həbs edib.
Birləşmiş Ştatlar və Avropadakı müttəfiqləri Navalnının həbsini və Rusiyanın nümayişçilərə qarşı aqressiv davranışını qınayıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.