Zəngilanda 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb - ETSN

7-04-2021, 22:22           
Zəngilanda 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb - ETSN
Zəngilan rayonu ərazisində ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb.

Teref.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov deyib.

O bildirib ki, Oxçuçay üzlük daşı yatağının ümumi ehtiyyatı 6 618 min kubmetrdir. İşğal dövrünə kimi yataqda istismar işləri aparılmayıb: "İşğal zamanı yatağın Alabaşlı sahəsində istismar işləri aparılıb. Yataqda düşmən tərəfindən aparılan istismarın həcminin və dəymiş zərərin müəyyənləşdirilməsi üçün geoloji-təftiş işlərinin aparılmasına ehtiyac var. Yatağın ehtiyyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru