Azərbaycan və Avropa ölkələrində benzinin qiyməti - SİYAHI

8-04-2021, 15:56           
Azərbaycan və Avropa ölkələrində benzinin qiyməti - SİYAHI
Əvvəlki aylarda olduğu kimi aprel ayında da Avropa ölkələri arasında "Aİ-95” ("Premium") markalı benzinin ən ucuz qiymətə satıldığı ölkə Rusiya hesab olunur.

Sfera.az yeniavaz.com-a istinadən xəbər very ki, Rusiyada "Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 0,54 avro (1,09 manat) təşkil edir.

Avropa ölkələri arasında "Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə "Aİ-95” markalı benzinin 1 litri 1,85 avroya (3,74 manat) satılır.

Avropa ölkələri arasında 4-cü sırada olan Azərbaycanda "Aİ-95 markalı benzinin 1 litrinin qiyməti 1 manat 25 qəpiyə (0,63 avro) bərabərdir.

Avropada "Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu 2 ölkə var - Rusiya, Belarus. Ermənistanda isə "Aİ-95” markalı benzinin qiyməti Azərbaycanla eyni səviyyədədir.

"Autotraveler" portalının açıqladığı məlumatda Avropa ölkələrində "Aİ-95” markalı benzinin qiyməti aprel ayında aşağıdaki kimi olub:

Rusiya – 0,54 avro
Belarus – 0,61 avro
Ermənistan – 0,63 avro
Azərbaycan – 0,63 avro
Gürcüstan – 0,69 avro
Türkiyə - 0,74 avro
Ukrayna – 0,87 avro
Moldova – 0,92 avro
Rumıniya – 1,01 avro
Bolqarıstan – 1,06 avro
Bosniya və Herseqovina – 1,07 avro
Şimali Makedoniya – 1,09 avro
Polşa – 1,14 avro
Andorra – 1,15 avro
Kipr – 1,16 avro
Macarıstan – 1,17 avro
Albaniya – 1,18 avro
Sloveniya – 1,18 avro
Çexiya – 1,20 avro
Avstriya – 1,21 avro
Litva – 1,23 avro
Sebiya – 1,28 avro
Lüksemburq – 1,28 avro
Latviya – 1,29 avro
Monteneqro – 1,30 avro
İspaniya – 1,31 avro
Slovakiya – 1,33 avro
Malta – 1,34 avro
Xorvatiya – 1,35 avro
Estoniya – 1,39 avro
İslandiya – 1,41 avro
İrlandiya – 1,45 avro
Böyük Britaniya – 1,47 avro
İsveçrə - 1,49 avro
Belçika – 1,50 avro
Danimarka – 1,52 avro
Fransa – 1,52 avro
İsveç – 1,53 avro
Almaniya – 1,53 avro
Yunanıstan – 1,60 avro
Norveç – 1,61 avro
İtaliya – 1,62 avro
Finlandiya – 1,62 avro
Portuqaliya – 1,66 avro
Niderland – 1,85 avro












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru