Avropada ən qədim 3D xəritə tapıldı - FOTO

9-04-2021, 07:56           
Avropada ən qədim 3D xəritə tapıldı - FOTO
Arxeoloqlar Fransanın qərbində kiçik bir ərazinin 3D xəritəsi ola biləcək, təxminən 4000 il əvvəl yaradılmış qeyri-adi bir əsər aşkarlayblar.

Bu barədə Prehistoire.org məlumat yayıb.

Sözügedən əsər Avropada tapılan ən qədim xəritə hesab edilib.

Bu tarixi abidə ilk dəfə yüz ildən çox əvvəl aşkar edilsə də, 21-ci əsrdə sözün əsl mənasında yenidən kəşf olunub.

“Saint-Belec Slab” adlandırılan əsər 1900-cü ildə yerli arxeoloq Pol dyu Şatelye tərəfindən aşkar edilib.

O, daha sonra dörd metrlik bir lövhədə həkk olunmuş şəkillərin tam olaraq hansı məna daşıdığını müəyyənləşdirə bilməyib. Eyni zamanda, ö dövrün tarixçiləri bunun insanların və ya hansısa heyvanın formasız “rəsmləri” ola biləcəyini düşünüblər.

Sonradan alimlər müəyyən ediblər ki, qədim daş oymaçıları ətraf ərazilərin təpələri və çökəklikləri ilə əsl 3D modelini yaradıblar.

İndiyə qədər elm adamları heyrətləndirici xəritədəki bəzi naxışların nə demək olduğunu tam anlamırlar. Bəlkə də onlar erkən tunc dövrünə aid yaşayış yerlərini, qəbiristanlıqları, tarlaları və ya yolları əks etdirir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru