Misirdə “İtmiş şəhər” tapıldı - FOTO

10-04-2021, 08:18           
Misirdə “İtmiş şəhər” tapıldı - FOTO
Misir arxeoloji missiyası tanınmış alim və eks Arxeologiya naziri Zahi Havassın başçılığı ilə Nil sahilində “Qızıl şəhər” aşkar edib.

“RİA Novosti” bu barədə ölkənin Turizm Nazirliyinə istinadən xəbər yayır.

Luxor yaxınlığında qum altında tapılan şəhər III Amenhotep dövründə (e.ə.1391-1353-cü illər) salınıb.

Şəhər dövrünün ən böyük inzibati və iqtisadi mərkəzi olub.

Havass qeyd edib ki, bir çox xarici arxeoloji missiya bu şəhəri axtarsa da, heç bir nəticə verməyib.

“İtmiş şəhərin tapılması Tutanhamunun məzarından sonra ikinci ən böyük arxeoloji kəşfdir”, - deyə Baltimordakı Cons Hopkins Universitetinin (ABŞ) misirşünas professoru Betsi Brayn bildirib.oxu.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru