Ermənistanda merin müavini general Rüstəm Muradovu təhqir etdi — FOTO

11-04-2021, 09:21           
Ermənistanda merin müavini general Rüstəm Muradovu təhqir etdi — FOTO
Ermənistanın Avan rayonu merinin müavini Nerses Poqosyan keçmiş prezident Robert Köçəryanı ölümlə hədələyib və Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradovu təhqir edib.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, Nerses Poqosyan Facebook səhifəsində belə yazıb:

“Muradov, Muradov adi saxtakardır. Rob, mənim əsgərimin həyatı ilə oynadığına görə cavab verəcəksən, əqrəb kimi öləcəksən".

Xatırladaq ki, iki gün öncə Ermənistanda "hərbi əsrilər"in İrəvana qaytarılması ilə bağlı ajiotaj yaranmışdı. Hətta xeyli sayda insan onları qarşılamaq üçün aeroporta toplaşmışdı.

Öz növbəsində, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general Rüstəm Muradov Ermənistan rəhbərliyini hərbi əsirlər məsələsində təxribatda ittiham edib.




“Bu yalan və təxribatdır. Onlardan soruşun. Əhalini aldadırlar. Məhbusların geri qaytarılması planlaşdırılmamışdı. Bakıya işgüzar səfər idi", - Rusiya generalı erməni jurnalistin bir gün əvvəl Ermənistan rəhbərliyinin məhbusların geri qayıtması barədə nə üçün məlumat yayması ilə bağlı sualını cavablayarkən deyib.virtuaıaz/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru