Otağa girdi, bacısını çarpayıda elə vəziyyətdə gördü ki... — Şamaxıdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
11-04-2021, 10:10
Şamaxı rayonunda bacısını boğaraq qətlə yetirməkdə təqsirli bilinən Rafael Yolçuyevin cinayət işi.
1977-ci il təvəllüdlü Şamaxı rayon sakini Rafael Yolçuyev ailə münaqişəsi zəminində 1981-ci il təvəllüdlü bacısı Yasəmən Arzuxanovanı boğaraq öldürüb.
Ailəli olan Yasəmən Arzuxanova həyat yoldaşı ilə mübahisə etdikdən sonra Bakıya gəlib. Bundan qəzəblənən Rafael Yolçuyev bacısını Bakıdan Şamaxıya apararaq qətlə yetirib və polisə könüllü təslim olub.
İş üzrə dindirilmiş Rafael Yolçuyev ailəsi ilə birlikdə Şirvani küçəsi ev 5-də yaşadığını, özünə məxsus maşınla Şamaxı-Bakı marşrutu üzrə sərnişin daşıdığını bildirib.
Kiçik bacısı Yasəmən ailəli olub və həmin nigahdan 3 övladları dünyaya gəlib. Son vaxtlar qızlar atası ilə Bakıda, oğlan isə anası ilə Şamaxıda yaşayıb. Bacısı heç yerdə işləməyib.
Hadisədən 15-20 gün əvvəl yeznəsi zəng vuraraq bacısını pozğunluq etdiyinə görə boşayacağını deyib. Yasəmənin telefonla başqa şəxslə danışdığını və əlində sübut olduğunu bildirib. Yeznəsindən həmin adamın telefon nömrəsini alan Rafael ona zəng vuraraq görüşmək istədiyini deyib.
Yol kənarında görüşüb ondan yalnız bacısının ona zəng edib etmədiyini soruşub. Sonuncu qadının bir neçə dəfə onun telefonuna zəng vurduğunu deyib.
Yolçuyev öyrənib ki, həmin şəxsdə onun kimi mikroavtobusla sərnişin daşımaqla məşğuldu. Bacısı bir neçə dəfə həmin maşınla Bakıya gedib.
Yanvar ayının 23-də bacısının əxlaqsız hərəkətləri ilə bağlı deyilənlər yadına düşüb. Evdə heç kimin olmadığı vaxt otağa girib onunla bu barədə söhbət etmək istəyib. Yasəməni çarpayıda uzanıqlı vəziyyətdə əlində telefonla görüb tam özündən çıxıb.
Rəfail Yolçuyev bacısına "bəsdir də, sən hələ də ağıllanmırsan, səhər tezdən kimlə yazışırsan", - deyə bildirib.
Bu zaman Yasəmən qardaşına kobud tərzdə cavab verib.
Rafael onun əlindən telefonu alaraq yerə atıb. Şkafdan baş yaylığını götürüb bacısını boğaraq qətlə yetirib.
İttiham üzrə Rafael Yolçuyev özünü qismən təqsirli bilib. O, məhkəmədə sərbəst ifadə verərək bacısını namus üstündə qətlə yetirdiyini deyib.
Ona qarşı, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Yolçuyev 9 il müddətinə azadlıqdan məhrum edilib.olaylar