Xankəndidə ermənilər tərəfindən satışa çıxarılan evlərin qiyməti sürətlə ucuzlaşır.
Yenisabah.az Ermənistanın məşhur “list.am” saytına istinadən bildirir ki, bir-neçə ay əvvəl satışa çıxarılan evlərlə hazırda satışa çıxarlan evlərin qiyməti arasında 10% fərq var. “list.am” saytında yerləşdirilən elanlardan açıq şəkildə görmək olur ki, Xankəndidəki mənzillərin qiymətində kəskin ucuzlaşma var.
Dekabr ayında satışa çıxarılan 3 otaqlı mənzil 45 min dollara təklif olunurdusa, hazırda 41 min dollara təklif edilir. 2 otaqlı mənzillər 2-3 ay əvvəl 35-36 min ollara təklif edildiyi halda, indi 27-30 min dollara kimi aşağı düşüb.
Ermənistan mətbuatı yazır ki, 44 günlük müharibədən sonra Xankəndini tərk edən ermənilərin bir çoxu yenidən ora qayıtmaq istəmir və bu səbəbdən də mənzillərini satmağa çalışırlar. Mənzillərə tələb olmadığı üçün isə qiymətlər aşağı düşməyə başlayıb.