Artıq çəki insanı bu təhlükədən QORUYUR

12-04-2021, 08:39           
Artıq çəki insanı bu təhlükədən QORUYUR
Alimlərin apardığı araşdırmalara görə, artıq çəki demensiya (ağılın zəifləməsi) riskini azaldır.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, demensiya əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur.

Tədqiqatçılar müasir xəstəliklə bağlı sağlamlıq məsləhətlərinə zidd nəticələrin onları heyrətə saldığını etiraf edirlər. 2 milyona yaxın britaniyalı üzərində aparılan araşdırmalar arıq insanlarda bu riskin daha yüksək olduğunu göstərib.

Demensiya müasir dövrün ən aktual sağlamlıq məsələlərindən biridir. 2050-ci ilə qədər bu xəstəlikdən əziyyət çəkən insanların sayının 135 milyona çatacağı proqnozlaşdırılır.

Heç bir müalicə üsulu olmayan bu xəstəlik riskinin azaldılmasının yeganə yolu sağlam həyat tərzidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru