Sağ qabırğaaltı nahiyə niyə ağrayır? - TƏHLÜKƏLİ SİMPTOM

12-04-2021, 09:31           
Sağ qabırğaaltı nahiyə niyə ağrayır? -
Ağrı orqanizmin müdafiyə mexanizmidir. Ağrı orqanizmdə olan hər hansı “nasazlıqdan” xəbər verir.
Teref.az xəbər verir ki, sağ qabırğaaltı nahiyəsində olan ağrılara xüsusilə diqqətli olmaq lazımdır. Ağrılar bu yerdə tez-tez təkrarlanırsa, bu təhlükəli xəstəliklərin simptomu ola bilər. İlk növbədə terapevtin müayinəsindən keçmək lazımdır. Müayinədən sonra terapevt xəstəni digər mütəxəssislərin (qastroenteroloq, hepatoloq, uroloq və s.) müayinələrinə göndərə bilər.
Sağ qabırğaaltı nahiyəsində ağrıların səbəbləri arasında:

xolesistit (öd kisəsinin iltihabı). Ağrı kəskin və azmüddətli olur, bir çox hallarda stresdən və sinir gərginliyindən sonra inkişaf edir.

– öd daşı xəstəliyi. Ağrı çox güclü olur, sağ qolda hiss olunur, ürəkbulanması və qusma ilə müşayiət olunur.

– qaraciyər xəstəlikləri. Ağrı sızıldayan olur, tez-tez təkrarlanır. Həmçinin insan “səbəbsiz” yorğunluq və halsızlıq hiss edir, iş qabiliyyəti azalır.

– pankreatit (mədəaltı vəzi iltihabı). Ağrı kəskin olur, belə “vurur”, ürəkbulanması və qusma ilə müşayiət olunur.

– böyrək xəstəlikləri. Ağrı həm sağ qabırğaaltı nahiyəsində, həm də belin sağ tərəfində hiss olunur.

– appendisit (kor bağırsağın – appendiksin iltihabı). Bəzi insanlarda appendiks yuxarıda yerləşir və appendisit zamanı ağrı qabırğaaltı nahiyəsində hiss olunur.

– ağciyər xəstəlikləri.

sağlam olun.metbuat.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.