Xəbər verdiyimiz kimi dünən saytımızda Cəlilabad rayonunda iki qonşunun mübahisəsindən bəhs edən “Cəlilabadda iki qonşunun 10 ildir həll olunmayan torpaq problemi” başlıqlı yazı yazmışdıq. Yazıda Cəlilabadın Gülməmmədli kənd sakini Məhəmməd İbişov qonşusu Vəlican Paşayevin onun torpağını zəbt etdiyini bildirirdi. Saytımıza açıqlamasında V.Paşayev deyib ki, M.İbişov onun şəhid oğlunu təhqir etdiyi üçün onunla barışmaq fikrində deyil: “Bu barışıq 7-8 ay əvvəl olsaydı, baş tutardı. Amma M.İbişov mənim şəhid oğlumu təhqir edib. Ona görə də onunla barışmaq fikrim yoxdu. Hər şey məhkəmədə qanun çərçivəsində həll olunacaq. Mən onu bağışlasam, xalq məni bağışlamaz. Şəhid təhqir edən adamı bağışlamaq olarmı?”