Çin Qərbin koronavirus peyvəndinə analoq yaratdı

15-04-2021, 07:58           
Çin Qərbin koronavirus peyvəndinə analoq yaratdı
Çin Qərbin koronavirusa qarşı vaksinləri “Pfizer-BioNTech” və “Moderna”nın hazırlanma texnologiyasına bənzəyən peyvəndin yaradılmasında yüksək nəticə əldə edib.

Bu barədə “South China Morning Post” xəbər yayıb.

“ARCoV” adlı peyvənd “Abogen Bioscience”, “Walvax Biotechnology” və Çin Xalq Qurtuluş Ordusunun Hərbi Elmlər Akademiyası tərəfindən birgə hazırlanıb.

Peyvəndin klinik sınaqlarının üçüncü mərhələsi may ayında başlayacaq.

Onun ilin üçüncü rübündə ildə 120 milyon doza həcmində kütləvi istehsalı planlaşdırılır.

“ARCoV”un yaradıcıları, donmuş vəziyyətdə saxlanılması lazım olan “Pfizer-BioNTech” və “Moderna” peyvəndlərindən fərqli olaraq peyvəndlərinin otaq temperaturunda bir həftəyə qədər sabit qaldığını söyləyirlər.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru