Əti niyə yumaq olmaz? - “Bakteriyalar liflərin dərinliyində olur...”

11-05-2021, 22:38           
Əti niyə yumaq olmaz? -
"Rospotrebnadzor"un Peterburq İdarəsi qida məhsullarının gigiyenasından danışıb.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Məlumata görə, mütəxəssislər meyvə, tərəvəz, göyərti və dənli bitkilərin düzgün yuyulması haqqında tövsiyələrini bildiriblər, amma ətin yuyulmasının təhlükəli olduğunu vurğulayıblar.

Ekspertlər qırmızı ət və toyuq əti, həmçinin balığı yumağı məsləhət bilmirlər:

"Çünki bu məhsullarda bakteriyalar liflərin dərinliyində olur. Su isə bu bakteriyaları oradan çıxara bilmir. Yaxşı olar ki, bu məhsullar bişirilərkən temperaturuna nəzarət edilsin, yəni 85 dərəcədən aşağı temperaturda bişirmək olmaz. Məhz bu zaman onlarda olan bütün bakteriyalar məhv olmuş hesab edilir",-deyə mütəxəssislər qeyd edib. Ekspertlər qeyd edilən gigiyenaya əməl etmədikdə bağırsaq infeksiyasının yaranmasının qaçılmaz olduğunu bildiriblər. Mütəxəssislər meyvə, tərəvəz və göyərtiləri axar suyun altında yumağı tövsiyə ediblər və vurğulayıblar ki, hətta qabığı soyularaq yeyilən meyvələr (məsələn: banan, narıngi və sairə kimi meyvələr) də mütləq təmiz yuyulmalıdır.

Ekspertlər dənli bitkiləri də (məsələn düyü, mərci və s.) nişastası gedənə qədər yumağı məsləhət görüblər.

"Yaxşı olar ki, bu məhsullar iri qabda yuyulsun və prosedur 2 və ya 3 dəfə təkrar edilsin",-deyə qeyd edilib.

Mütəxəssisilər göbələklərin təmiz yuyulmasında insanları daha diqqətli olmağa çağırıblar və bildiriblər ki, göbələkləri bişirməzdən öncə 30 dəqiqə müddətində duzlu isti suda saxlamaq, daha sonra isə yumaq lazımdır. Yumurtaların isə nəm dəsmalla ehtiyatla silinməyi qeyd edilib.

"Əgər bu gigiyena qaydalarına düzgün əməl olunarsa, müxtəlif xəstəliklərə yoluxma riskiniz azalacaq",-deyə məlumatda bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.