İkiyə bölünmüş cəmiyyət - Səxavət Məmməd yazır...
12-05-2021, 09:13
Bizim cəmiyyət qədər istənilən mövzuda ikiyə bölünüb didişən, ikinci bir cəmiyyət yəqin ki, yoxdur. Bir tərəf olub İsrail, bir tərəf Fələstin. Əslində mövzu olmasaydı, hardasa anlamaq olardı. Öz vəziyyətimiz heç də İsrail-Fələstindən yaxşı deyil.
Lavrov gəlib. Statusu alovlandırmaq istəyirlər, həmsədrlərin yenidən bərpası gündəmdə gətirilib. Deyən olacaq ki, prezident mövqeyini ortaya qoyub.
İllərdir bu mövzuda danışıqlar gedir. İlk dəfədir görüşdən öncə açıqlama verilir, təzyiqlərin nədən ibarət olduğu xalqa çatdırılır. Kimsə əksin düşünə bilər, ancaq ömrümüz bağlı qapılar arxasında keçən danışıqlar barədə fərziyyələr irəli sürməklə keçib, indi açıqlanan bu mesajlar tərəflərlə yanaşı həm də, xalqadır.
Bunu araşdırmaçı hərbi jurnalist Səxavət Məmməd yazır.
Daha sonra hırbi jurnalist davam edir: Ümumiyyətlə, prosesdən xalqı kənar tutmaq özü yalnış idi. Hərbi qələbədən sonra xalq kənara itələnilməməli idi. Hakimiyyət qələbəni öz ayağına yazdı. Ancaq qələbə xalqın övladları və pulu ilə qazanıldı unuduldu. Bir rəsmi şəxs belə hərbçilərə edilən yardımlara görə xalqa təşəkkür etmədi. Əksinə TV-lərdə xalqın etdiyi yardımlar senzuraya məruz qaldı. Vəziyyət gərgindir. Ancaq hər şey öz əlimizdədir. Təkcə təzyiq edən Rusiya yox, həm də Fransadır. Fransa hətta Zəngəzur dəhlizində təmsil olunmaq istəyir. Elə şeylər var ki, hakimiyyət təkbaşına o təzyiqin altından çıxa bilməz. Bunun üçün xalqı özünə yaxın buraxmalıdır.
Dirəniş var? Bunu açıq görmək olar. Hərbi baxımdan da hər şey hazırdır.
Bölgəyə, xüsusən ticarət yollarına ciddi dövlətlərin maraqları var. Oyunçular təkcə Türkiyə, Rusiya, İran deyil. Fransa, İsrail və ən əsaslarından biri də Çindir.
Didişməyə gəldikdə. İsrail Azərbaycana təkcə silah satan dövlət deyil. İsrail İranla dövlət sərhədinin bərpa olunmasını şiddətlə istəyən, arzulayan dövlət idi...
Fələstinə gəldikdə, ölənlərə, yaralananlara üzülənlər çoxdur. Ölkədə problemi olan yüzlərlə yaralı (qaziləri nəzərdə tuturam) var. Orda baş verən proseslərdə 5-10 (rəqəm şərtidir) nəfər öləcək. Ölkəmizdə hər gün yüzlərlə problemlərdən mənəvi cəhətdən ölənlər var. Sürətlə yoxsullaşma gedir. İnsanlar əlinin papağını vəlinin başına qoyaraq dolanır. Belə bir ortamda İsrail-Fələstin arasında baş verənlər qətiyyən maraqlı gəlmir. Sadəcə proses olaraq izləyirəm...
Səxavt Məmməd
Teref.az