Amerikalı hüquqşünas hay kilsəsinin həyasızlığı barədə…
12-05-2021, 09:56
ABŞ-ın Arkanzas ştatının keçmiş dairə prokuroru və hakimi olmuş, hüquq üzrə doktor, yazıçı Samyuel A.Uimz (1936-2003) “Ermənistan-terrorçu “xristian” ölkəsinin gizlinləri” kitabını 2002-ci ildə Texas ştatının Müq.İohann Universitetinin nəşriyatında çar etdirib.
Yazıçı-tədqiqatçı bildirib ki, o, İsveç kökənli olsa da, ulu babaları 1686-cı ildə ABŞ-a köçüblər. Nə türk, nə azərbaycanlı, nə də gürcü mənşəlidir. Yazdığı bu kitabın ərsəyə gəlməsi üçün Vaşinqton Dövlət Departamentində, Roma, Paris, London, Moskva, İstanbul şəhərlərinin arxiv məlumatlarından istifadə etdiyini, amma Ermənistan arxivlərinin onun üçün bağlı qaldığını bildirib.
Boston şəhərində Erməni İnqilabi Federasiyası Partiyasının “Daşnakstyun” arxivinin mövcudluğu onun təəccübünə səbəb olub. Müəllif deyib ki, bu əsərin yazılmasına görə ABŞ-dakı ermənilərin təhdidləri onu qorxutmayıb, çünki ona məlum idi ki, ermənilərin saxta soyqırımı uydurmalarını ifşa etdiklərinə görə professor Stanford Şavvın evi partladılmış, Luisvill Universitetinin (Kentukki ştatı) professoru, tarixçi-demoqraf Castin Makkartiyə (1945), rejissor, senarist-aktyor Robin Villiamsa (1951-2014)… qarşı qəsdlər törədilmişdi.
Bu kitabın Azərbaycan türkcəsində nəşri (ingilis dilindən çevirəni, yazıçı-tərcüməçi, filologiya elmləri doktoru, professor Zeydulla Abdulla oğlu Ağayev (1945-2014), elmi redaktoru psixologiya elmləri doktoru, professor, Milli Məslisin deputatı Səməd Seyidov (1964), I cildi (“Ermənilərin böyük fırıldaqları” seriyasından, 388 səhifə) “Azərbaycan və Türk xalqlarının əbədi birliyinə həsr edilib və “Mütərcim” nəşriyyatında 2015-ci ildə işıq üzü görüb.
Bu qiymətli tərcümənin məzmunu və elmi-tarixi dəyəri barədə gələcək yazılarımzda, indi isə Samyuel A.Uimzin kitabda diqqət çəkən mülahizələri haqqında.
Qeyd etmək vacibdir ki, ABŞ-da 1920-ci ildən sonra bu mövzuda diplomatlar (Henri Morgentau, Meri Küşmən, Cessi B. Cekson), hərbçilər (general Ceyms Harbord), jurnalistlər (Klark Strit, Emori Nayls, George H.Henvort), hüquqşünaslar (Bruce Fein, Artur Sazerlend), tədqiqatçılar (professorlar Castin Makkarti, Stanford Şavv, Karolin Makkarti, Norman Stone)… tərəfindən arxiv sənədləri əsasında kifayət qədər məlumatlar ictimailəşdirilsə də, onlara lazımı diqqət yetirilməyib.
Elə S.A.Uimizin araşdırmaları da bu “qaranlıq məqamlara” kifayət qədər işıq saçmaq məqsədi daşıyır.
Müəllifin fikrincə, Amerika Birləşmiş Ştatları ilə Müsəlman-Türk dünyası arasındakı anlaşılmazlığın yaranması səbəblərinin araşdırılması müasir dövrdə beynəlxalq və regional əhəmiyyət daşıdığı kimi, həm də dünya təhlükəsizliyinin təminatı üçün xüsusilə vacibdir.
Və o, qarşıya sual qoyur:
- Hansı qüvvə ciddi-cəhdlə Qərb dünyası ilə (ABŞ-da daxil olmaqla) Müsəlman-Türk aləmini həmişə ayrı-ayrı cəbhələrdə olmasına səy göstərir? Tərəfləri düşmənçilik səviyyəsində saxlayanlar kimlərdir?
Məhz bu suallara rəğmən müəllif xahiş edir ki, onun bu istiqamətdə apardığı tədqiqat nəticələri ilə bütün xristianlar tanış olsunlar, xüsusilə XX əsrin əvvəllərindən böyük məbləğdə pulların mənimsənilməsi üçün təşkilatlanmış ermənilər tərəfindən aldadılan amerikalı vergiödəyiciləri.
İxtisasca hüquqşünas olan müəllif etibarlı arxiv faktlarını təhlil etməklə, bir çox hallarda erməni mənbələrinə istinadən saxta “həqiqi xristian və demokrat”olan ermənilərin əsl mahiyyətini (xırda detallarına qədər) müəyyən edə bilmişdir. Nəticədə, qələmə aldığı kitabda “ermənilər” tərəfindən aldadılanların, xəyanətlərin, zorakılığın, qətl və terror hallarının… uzun siyahısı yaranıb, hansı ki, bunlardan xristian aləminin xəbəri yoxdur – “qulağı eşitmir”, “gözü görmür”, təbii ki, “ermənilər”in ciddi-cəhdi sayəsində.
Əlavə olaraq qeyd edək ki, S.Uirmz “Aksion” dərgisinə verdiyi müsahidə də (Arkanzas ştatı) bildirib ki, ermənilərin bu sahədə dəstəklənməsi iki amillə bağlıdır
- ABŞ-ın mərkəzi və federal idarəetmə və qanunveriricilik orqanlarında yüksək səlahiyyətlilərin pulla ələ alınması (çünki ABŞ-da atalar sözü var: “pul, var-dövlət siyasətdə ana südüdür”);
- özlərini xristian dünyasının ən qədim və məzlum xalqı kimi tanıtması istiaqamətində apardığı təbliğat-təşviqat işlərinin nəticəsi.
Müsahib xatırladıb ki, prezident B.Klinton dövrünüdə siyasətçiləri ələ almaq üçün ermənilər 14 milyon dollar xərcləyib. Və əgər Fransa parlamentində uydurma erməni soyqırımı tanınıbsa, bu məsələ nəzərdə tutlan qaydada araşdırılsa, hökmən fransız siyasətçilərinin erməni lobbisi tərəfindən ələ alınması faktı öz təsdiqini tapacaqdır.
Həmin müsahibəsində S.Uirmz bildirib – “Dünyada ermənilər qədər xəbis, riyakar, cəllad, qaniçən bir millət tapmaq imkan xaricindədir.”
Amerikalı tədqiqatçı belə nəticəyə gəlib ki, ermənilərin “soyqırımı” iddiaları onların Türkiyə və Azərbaycan ərazilərinə (Gürcüstanı da unutmurlar) qarşı əsassız, amma dövlət səviyyəsində irəli sürdükləri işğalçılıq-terror siyasətini gücləndirmək və pərdələmək məqsədi daşıyır. Ona görə də, ermənilər 1918-ci ildən başlayaraq dünyaya (müsəlman-türk dünyasına qarşı – Q.Y.) terror yayır, əvəzində xristian dünyasından maliyyə dəstəyi və yardımı alır.
Nəticə göz önündədir: tarix boyunca Avrasiya materikində geosiyasi təbəddülatlardan istifadə etməklə əvvəlcə I Dünya müharibəsinin nəticələrindən yararlanaraq uydurma soyqırımı, saxta göz yaşlarını qazandılar, sonra çar Rusiyasının süqutundan qondarma dövlət yaratdılar, SSRİ-nin dağıntıları altından isə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsini, ona bitişik əraziləri ələ keçirdilər.
Ermənilər birinci dəfə deyildi ki, onlara əl uzadanların əllərini qapırdılar.
S.Uimzin əsas araşdırmasının bir istiqaməti də uydurma soyqırımı iddiasının mifoloji təhlilinə həsr edilib.
Bu barədə növbəti yazımızda.
P.S. Rus tarixçisi Oleq Yuryeviç Kuznetsovun (1971) “XX yüzillikdə transmilli erməni terrorizminin tarixi: tarixi-kriminalistik tədqiqatlar” əsərinin 2-ci nəşri 2015-ci ildə Moskva şəhərində çap edilib.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050 3726008)