Vətəndaşlar hansı analizləri pulsuz verə bilər? - RƏSMİ

13-05-2021, 00:05           
Vətəndaşlar hansı analizləri pulsuz verə bilər? - RƏSMİ
Vətəndaşlara ödənişsiz təqdim olunan laboratoriya xidmətlərinin siyahısını açıqlayıb.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi öz "Facebook" hesabında məlumat yayıb.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan laboratoriya xidmətləri aşağıdakılardır:

Kliniki analizlər;
Biokimyəvi analizlər;
Bakteroloji analizlər;
İmmunoloji analizlər;
İnfeksiyaların təyini və digər xidmətlər.

Qeyd edək ki, icbari tibbi sığorta bu il aprelin 1-dən etibarən bütün ölkə ərazisində tətbiq olunur. Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfinə 2 550 sayda müxtəlif tibbi xidmət daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru