ABŞ müsəlmanları nədən Ramazan bayramını Baydenlə birgə keçirməkdən imtina etdi?..

18-05-2021, 08:31           
ABŞ müsəlmanları nədən Ramazan bayramını Baydenlə birgə keçirməkdən imtina etdi?..
Amerika müsəlmanlarının nüfuzlu təşkilatı olan Amerika-İslam Münasibətləri Şurası (“CAIR”) müqəddəs Orucluq ayının sonunda Ağ Evdə müsəlmanların Ramazan bayramının qeyd olunmasını boykot etməsinin səbəbini izah edib.

Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.

“CAIR” direktoru Nihad Avad mövcud ABŞ rəhbərliyinin öz kursunu dəyişdirməyəcəyi halda bunun Ağ Evin həm Amerika müsəlmanları ilə, həm də "mülki və insan haqlarını müdafiə edən" hər kəslə münasibətlərinə təsir edəcəyini bildirib. Amerikadakı digər İslam təşkilatlarının da ölkə rəhbərliyinin birgə bayram etmək təklifini boykot etməsi qeyd olunur.

"Sözün əsl mənasında İsraildəki aparteid rejiminə kömək, dəstək verdiyi və onun Fələstindəki insanlara zülmünə haqq qazandırdığı müddətdə Ramazan bayramını Bayden administrasiyası ilə birgə qeyd edə bilmərik" –deyə müsəlman təşkilatının rəhbərinin bəyanatında vurğulanıb.

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru