Elon Muskun sərvəti əriyir
18-05-2021, 13:58
“Tesla”nın baş icraçı direktoru Elon Musk Bloomberg milyarderləri indeksində bir pillə geriləyərək üçüncü olub.
Teleqraf.com xəbər verir ki, “Tesla” səhmlərinin azalması ilə Muskun sərvəti yanvar ayında yüksəldiyi zirvədən 24 faiz azalaraq 160,6 milyard dollara düşüb.
“Louis Vuitton and Moët Hennessy” (LVMH) şirkətinin baş icraçı direktoru, fransalı iş adamı Bernard Arnault isə Musku üstələyərək dünyanın ən varlı ikinci adamı olub. Çində və Asiyanın digər bölgələrində satışların artması ilə Bernard Arnaultun sərvəti 47 milyard dollar artaraq 161,2 milyard dollara yüksəlib.
Son vaxtlar verdiyi açıqlamalarla bitkoində aşağıya doğru hərəkət yaratmış Elon Muskun sərvəti də eyni istiqamətdə gedir. Bazar ertəsi “Tesla” səhimləri 2 faizdən çox dəyər itirib. Nəticədə Musk dünyanın ikinci ən zəngin adamı ünvanını Bernard Arnaulta verib.