Bənzədiyi orqana şəfa verən qidalar – Maraqlı məlumatlar
19-05-2021, 00:03
Meyvə və tərəvəzlərin insan orqanizminə faydaları artıq hər kəsə məlumdur. Aparılan araşdırmalar nəticəsində isə bəzi meyvə və tərəvəzlərin quruluşuna görə bənzədiyi orqanlara faydalı olduğu məlum olub.
Yeniavaz.com sözügedən qidaları təqdim edir:
Nar – Güclü antioksidant mənbəyi olan nar qandakı zərərli hüceyrələrin sayını azaldır, qan axını tarazlayır və ürək xəstəlikləri riskini azaldır. Nar dənəcikləri qanın daxilində olan hüceyrələrə bənzəyir. Bu mevə bənzədiyi qan hüceyrələrin sayını artıraraq anemiya xəstəliyinə müsbət təsir göstərir. Üzərinə duz tökülərək yeyildiyi zaman aşağı təzyiqli xəstələrin qan təzyiqini tarazlayır.
Kivi – E vitamini ilə zəngin olan kivi əsasən göz bəbəyinə bənzədilir. Bu baxımdan yaşlılığa bağlı görmə probleminin qarşısını almaqda köməkçi olur. Eyni zamanda katarakt kimi ciddi xəstəlikliklərə tutulmağın qarşısını alır.
Zəncəfil – Zəncəfil həm bağırsağa, həm də mədəyə bənzədilir. Bu, yağsız və karbohidratlı qidalardan sonra yaranan həzm problemi, qusma kimi narahatlıqlara müsbət təsir göstərir. Eyni zamanda, qastritin müalicəsi zamanı tövsiyə edilən qidalardan hesab edilir.
Avokado – Bu meyvə 9 ay budaqda qaldığı və qoruma qatlarına sahib olduğu üçün uşaqlıq yoluna bənzədilir. Buna görə də mütəxəssislər avokadonun hamilə qadınlar üçün faydalı olduğunu qeyd edirlər. Eyni zamanda qadın xəstəlikləri arasında ən çox yayılan uşaqlıq yolu xərçənginin yaranmasının və hormonal pozuntunun qarşısını alır.
Pomidor – Bu tərəvəzi ürəyin dostu adlandırırlar və quruluşuna görə bir-birinə çox bənzəyirlər. Bunun səbəbi də pomidorun tərkibindəki likopendir. Likopen ürəyi bütün xəstəliklərə qarşı müdafiə edir. Eyni zamanda tərkibindəki antioksidan və lif sayəsində ürək-damar sağlamlığını qoruyur. Tədqiqatlar nəticəsində pomidorun damar tıxanıqlığının qarşısını aldığı sübut edilib.
Göbələk – Göbələkdəki D vitamini qulağın eşitmə qabiliyyətini yaxşılaşdırır. Eşitmədə problemi aradan qaldırmaq üçün göbələk qədər dəyərli başqa qida yoxdur.
Qoz – Bu çərəz quruluşuna görə insan beyninə bənzədilir. Elə beyinə də faydası böyükdür. Beyin sağlamlığını və hüceyrələr arasında siqnal ötürülməsini dəstəkləyən qoz, “omeqa-3,” fol turşusu və E vitamini ilə zəngindir. Beyin xəstəlikləri arasında ən çox altsheymer ilə mübarizə aparır.
Kərəviz – Kərəviz quruluşuna görə sümüyə bənzədilir. Onun kökü və yarpaqları aminturşular, mikroelementlər, efir yağları, bor, kalsium, yağ turşuları,dəmir, fosfor, kalium, selen, kükürd, sink, A, C, E, K, B qrupu vitaminləri ilə və liflərlə çox zəngindir. Kərəviz artritdən və podaqradan əziyyət çəkənlər üçün çox faydalıdır. Onun tərkibindəkilər oynaqlarda olan şişkinliyi aradan qaldırır və oynaq ağrılarının azalmasına səbəb olur. Eyni zamanda sümük əriməsi kimi xəstəliklərlə yaxşı mübarizə apara bilir.
Üzüm – Bu meyvə salxım halında olarkən quruluşuna görə ağciyərlərə bənzədilir. Oksigeni qan dövranına ötürən alveollarla zəngin olan üzüm ağciyər xərçəngi və allergik astma kimi riskli xəstəliklərə tutulmanı minimuma endirir.
Lobya – Lobya quruluşuna görə böyrəklərə bənzədilir. Kaliumla zəngin olan qırmızı lobya ürək və böyrəklər üçün olduqca faydalıdır, ödemləri azaldır, arterial təzyiqin tənzimlənməsinə kömək edir. Eyni zamanda tərkibindəki liflər sayəsində həzm sistemini yaxşılaşdırır. Bununla yanaşı bədəndə enerji mübadiləsini tənzimləyən leptin hormonunun ifraz olunmasını təmin edir.