610 balla ali məktəbə daxil ola bilmədi: Kəsilənlər kimlərdi? - STATİSTİKA

6-09-2021, 11:33           
610 balla ali məktəbə daxil ola bilmədi:
Təhsil eksperti Kamran Əsədov müsabiqə şərtlərini ödəyən, ixtisas seçimi edib, amma ali məktəblərə qəbul ola bilməyən abituriyentlərin sayı barədə paylaşım edib.

Lent.az xəbər verir ki, o qeyd edib ki, I ixtisas qrupu üzrə 340-350 arası bal toplayan 2, 300-dən çox bal toplayan 3, 200-dən çox bal toplayan 8 abituriyent qəbul ola bilməyib:

"II ixtisas qrupu üzrə 370-380 arası bal toplayan 1, 300-dən çox bal toplayan 13, 200-dən çox bal toplayan 37 abituriyent tələbə adını qazanmayıb.

III ixtisas qrupu üzrə 510-520 arası bal toplayan 1, 400-dən çox bal toplayan 14, 300-dən çox bal toplayan 89 abituriyent, 200-dən çox bal toplayan 557 abituriyent ali məktəblərə daxil olmayıb.

IV ixtisas qrupu üzrə isə 600-610 arası bal toplayan 1, 550-560 arası bal toplayan 1, 500-dən çox bal toplayan 16 abituriyent, 400-dən çox bal toplayan 39, 300-dən çox bal toplayan 68, 200-dən çox bal toplayan 85 abituriyent ixtisas seçimində uğur qazanmayıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru