"Taliban" Pəncşirdə üsyançıların liderinin atasının məqbərəsini ələ keçirib

7-09-2021, 08:14           
"Taliban" Pəncşirdə üsyançıların liderinin atasının məqbərəsini ələ keçirib
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı Pəncşir əyalətində müqavimətə rəhbərlik edən Əhməd Məsudun atası Əhməd Şah Məsudun (1953-2001) məqbərəsini də nəzarətə götürüb.

APA xəbər verir ki, bu barədə İranın “Aftab News” agentliyi məlumat yayıb.

Məlumata görə, “Taliban”ın səhra komandirləri sosial şəbəkələrdə “Taliban” silahlılarının üsyançıların inzibati mərkəzi olan Bazarak şəhərindən 8 km aralıqda yerləşən məqbərəyə bitişik ərazini sərbəst şəkildə necə idarə etdiyini göstərən video yayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru