Erməni diversantlar Azərbaycanda hansı şəraitdə saxlanılır? - Açıqlama

7-09-2021, 11:39           
Erməni diversantlar Azərbaycanda hansı şəraitdə saxlanılır? - Açıqlama
Vətən müharibəsindən sonra Azərbaycana qarşı təxribatlar törətmiş erməni cinayətkarlar layiqli cəzalarını aldılar. Onlar cinayət əməllərinə görə, Azərbaycan qanunları ilə mühakimə olunaraq, müvafiq həbs cəzalarına məhkum edildilər.

Erməni diversantların saxlanma şəraiti barədə danışan Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Rauf Zeyni onların heç bir təzyiqə məruz qalmadığını söyləyib.

“Erməni məhbuslar Penitensiar Xidmətin müəssisələrində normal şəraitdə saxlanılır. Azərbaycanlı əsirlərə, girovlara və itkin düşmüş soydaşlarımıza ermənilərin necə işgəncələr verdiyini demək olar ki, bütün dünya bilir. Müharibə dövründə, ondan əvvəl də saxlanılan erməni cinayətkarlar heç bir zorakılığa, təzyiqə məcbur qalmayıblar. Onlar birbaşa Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin (BQXK) nəzarətindədirlər. Erməni məhbuslar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin qaydalarına uyğun şəraitdə saxlanılır. Onlar hər dəfə ailələrinə məktub yollayarkən saxlanılma şəraitindən və onlara verilən qidalardan tam razı olduqlarını qeyd edirlər. Məhkəmənin qərarından sonra digər məhkumlar kimi onlara da eyni şərait yaradılır”, deyə Komitə üzvü qeyd edib. (Modern.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.