Azərbaycanda 13 və 15 yaşlı qızların ölümünün ŞOK TƏFƏRRÜATI

7-09-2021, 12:05           
Azərbaycanda 13 və 15 yaşlı qızların ölümünün ŞOK TƏFƏRRÜATI
Dünən günorta saatlarında Ağdaşda 2 yeniyetmə qızın su kanalında boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Ağdaş şəhər sakinləri 2006-cı il təvəllüdlü Arifə Niftəliyeva və 2008-ci il təvəllüdlü Fatimə Usubova şəhərin İstiqlal küçəsindən keçən Ləki kanalının kənarına gedərkən video çəkiblər. Həmin video sosial şəbəkələrdə yayılıb.

Videoda qızlardan biri "burdan dönüş yoxdu", "ayaqqabılarım batıb" deyir, ön tərəfdə gedən qız isə "arxda yuyulacaq" deyə cavab verir.

Publika.az-ın əldə etdiyi digər məlumata görə, hadisə yerindən qızların çantaları, mobil telefonları tapılıb. Bu da onların məqsədli şəkildə su kanalına yaxınlaşması ehtimalını gücləndirib.

Bildirilir ki, vəfat edən qızlardan Arifə Niftəliyevanın atası Ceyhun Niftəliyev bir neçə il əvvəl bədbəxt hadisə nəticəsində vəfat edib. O, Fatimə ilə birlikdə repititor yanına hazırlığa gedirmiş.

Baş Prokurorluğun Mətbuat Xidməti hadisə ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru