Xəstəliyə görə vaksin vurdurmayanlar nə etməlidir? - Bu sənədlər lazım olacaq

8-09-2021, 00:02           
Xəstəliyə görə vaksin vurdurmayanlar nə etməlidir? -
Sentyabrın 1-dən Azərbaycanda ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunur.

Vətəndaşlar arasında çaşqınlıq yaradan məsələ isə müxtəlif xəstəliklər səbəbindən COVID-19 pasportu ala bilməyənlərin peyvəndlənmə əleyhinə "Əks göstəriş sertifikatı"nı necə almalarıdır.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupundan bildirilib ki, avqustun 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən COVID-19 əleyhinə vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş sertifikatı"nın verilməsinə başlanılıb:

"Əks göstəriş sertifikatı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa Əks göstəriş sertifikatı veriləcək", - deyə işçi qrupundan bildirilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin komissiyasına göndərilmək üçün vətəndaşın həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin nəticələrini, həmçinin müxtəlif analizlərin cavablarını əks etdirən sənədlərin olması vacibdir. (Redaktor.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru