Müdafiəyə nə qədər pul xərclənib?

8-09-2021, 20:51           
Müdafiəyə nə qədər pul xərclənib?
2021-ci ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 7654,9 milyon manatı (2020-ci ilin eyni dövrü ilə müqayisədə 643,3 milyon manat və ya 7,8 faiz az) və ya 66,0 faizi cari xərclərə, 3052,1 milyon manatı (2020-ci ilin eyni dövrü ilə müqayisədə 500,2 milyon manat və ya 19,6 faiz çox) və ya 26,4 faizi əsaslı xərclərə, 883,5 milyon manatı (2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon manat və ya 0,3 faiz çox) və ya 7,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Sfera.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

2020-ci ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin ilk altı ayında müdafiə xərclərinə 73,9 faiz və ya 1076,3 milyon manat, səhiyyə xərclərinə 24,5 faiz və ya 163,4 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 8,2 faiz və ya 65,4 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 4,2 faiz və ya 3,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 3,5 faiz və ya 5,5 milyon manat çox vəsait yönəldilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.