Rəşid Mahmudov məmurları siçana bənzətdi – Şok açıqlama

9-09-2021, 10:09           
Rəşid Mahmudov məmurları siçana bənzətdi – Şok açıqlama
“Hindistanda hind qozu var, çox yekə olur. Balaca siçanlar onu yeyib içinə daxil olurlar, içində o qədər yeyib kökəlirlər ki, bayıra çıxa bilmirlər. Siçan orda qalıb arıqlayır və əvvəlki vəziyyətinə düşəndə ordan çıxa bilir. Bizim məmurlar da ölkəni belə talayırlar”

Teref.az xəbər verir ki, bunu tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov rüşvət alan məmurlarının hamısının axırda cəhənnəmə vasil olacağını bildirib:

“Öləndə səni bir metr yer qazıb basdıracaqlar da, dünyadan nə aparacaqsan ki?! Məmurlar canavar kimidir, qarşılarındakılarını da qul hesab edirlər. Bəzi məmurlar vəzifəyə təyin olunanda elə bilir ki, kreslo dədəsinindir. Həddən artıq rüşvət alan məmurların ya övladlarına, ya da özlərinə bir şey olar. Xəstəliyə düçar olurlar, bir də görəcəksən nəsilləri itəcək. Allah bunu götürməz. Bizim də gücümüz çatmasa, Allahın gücü çatır. Türməyə də düşəndə koronavirusdan ölür. Çoxu da dərddən ölür. O qədər pul yığır ki, gizlətməyə yer tapa bilmir. Səməd Vurğun yazırdı ki,“Dünən dövran sürən, bu gün can verir”.

Qeyd edək ki, Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev sentyabrın 7-də saxlandığı təcridxanada ölüb. N.Quliyev 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib./Moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.