Əfqanıstan ordusunun ABŞ qüvvələri tərəfindən təlim keçilən bəzi hərbçiləri “Taliban”a qoşulub

9-09-2021, 07:27           
Əfqanıstan ordusunun ABŞ qüvvələri tərəfindən təlim keçilən bəzi hərbçiləri “Taliban”a qoşulub
Əfqanıstan Ordusunun Britaniya və ABŞ qüvvələri tərəfindən təlim keçilən bəzi hərbçiləri fərarilik ediblər və “Taliban”a qoşulublar. Britaniya ordusunun zabitləri “Taliban” yaraqlılarının son fotoşəkillərini təhlil etdikdən sonra bəzi döyüşçülərin Birləşmiş Krallıq və ABŞ-dan, eləcə də NATO ölkələrindən öyrəndikləri üsullardan istifadə etdiklərinə düşünürlər.

Onların hərəkata müqavimət göstərən son əyalət Pəncşir vadisində qiyamçıların məğlubiyyətindən sonra “Taliban” tərəfinə keçdiyi güman edilir.

Analitiklərin fikrincə hərbçiləri fərariliyə və “Taliban”a qoşulmağa sövq edən səbəblər arasında onların qrupla əvvəlki əlaqələri, iqtisadi faydaları və hətta şəxsi, ailə təhlükəsizliyi üstünlük təşkil edir.

O da vurğulanır ki, Əfqanıstan hərbçilərinin “Taliban” tərəfində döyüşdüyünə dair heç bir rəsmi təsdiq yoxdur.

Mənbə: “The Times”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru